Daha 2 bank dollar satışını dayandırdı - SİYAHI

img

24-10-2016 [11:46]


Bu gün oktyabrın 24-də daha 2 bank dollar satışını dayandırıb.

Belə ki, "Azər-Türk bank” və Pakistan Milli Bankının Bakı filialı bu gün xarici valyuta satışını dayandırıb. Amma bank rəsmiləri dollar satışının dayandırılmasının səbəblərini açıqlamayıblar.

Xatırladaq ki, ötən həftənin son iş günü "Ekspresbank” dollar satışını dayandırmışdı. Artıq bu gün bank 500 dollarlıq limitlə valyuta satışını bərpa edib.

Bundan başqa "Bank VTB (Azərbaycan)” və "Naxçıvanbank” dollar satışını dayandırıb. "Paşa Bank” da xarici valyuta satışını dayandırıb. Bank ancaq öz müştərilərinə 500 dallarlıq limitlə satır. "Bank Respublika” isə valyuta alıcılarına 5 min dollarlıq limit tətbiq edir.

Beləliklə, dollar satmayan bankların sayı 5-ə çatıb .

Fins.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA