Dünya Bankından 2017-ci il üçün - Neft proqnozu

img

21-10-2016 [12:45]


Dünya Bankı (DB) xam neft qiymətlərinin 2017-ci il üçün proqnozunu OPEC-in hasilatı azaltmağa hazırlaşması səbəbi ilə 53 dollardan 55 dollar/barelə qədər artırıb.

Bu barədə DB-nin "Xammal bazarlarının monitorinq Hesabatı"nda qeyd olunub. Rübdə bir dəfə hazırlanan hesabatda xammal qiymətlərinin 2017-ci ildə tələbin artması və təklifin azalması ilə bir qədər yüksələcəyi ehtimalı qeyd olunur.

Sənəddə xam neft, təbii qaz və kömür qiymətlərinin 2017-ci ildə 25% arta biləcəyi vurğulanıb. Hesabatı hazırlayan DB-nin iqtisadçılarından biri olan Con Baffes (John Baffes) bildirib ki, gələn il enerji daşıyıcılarının qiymətində önəmli artım proqnozlaşdırılır: "Lakin OPEC-in Vyana sammitində əldə olunacaq razılaşmanın detalları müəyyən edilənə qədər təmkinli olmağa davam edirik".

Hesabatda metal qiymətlərinin 2017-ci ildə orta hesabla 4,1% artacağı, qızılın isə ABŞ-da uçot dərəcəsinin artması nəticəsində ucuzlaşacağı gözlənilir. Qızılın qiymətinin bu il 1 250 dollar/unsiya, 2017-ci ildə isə 1 219 dollar/unsiya olacağı proqnozlaşdırılır.

Tarla məhsullarının gələn il orta hesabla 1,4% bahalaşacağı, ən çox artımın isə taxılda (2,9%) olacağı qeyd olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA