21-10-2016 [10:59]
"Hökuməti idarə edənlər ölkənin inkişafına yönələn vəsaitdən kəsib özlərinin sosial-maddi təminatına yönəldirlər. Büdcə rəqəmləri göstərir ki, dövlətin idarəetmə xərcləri 60 faizdən çox artıb".
Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, hazırda hökumətin qarşısında duran başlıca hədəf çevik və rasional idarəetmənin, səmərəli dövlət tənzimlənməsinin, yetkin bazar münasibətlərinin qurulması, rəqabətin və innovativ fəaliyyətin dəstəklənməsi yolu milli iqtisadiyyatın strukturunu təkmilləşdirmək və ixrac yönlü qeyri-neft sektorunun inkişafına nail olmaqdır:
"Lakin statistik rəqəmlər göstərir ki, bu il ərzində büdcə xərclərinin səmərəliliyini artırmağı qarşısına «taleyüklü» vəzifə kimi qoyan hökumət yenə də israfçılıqla məşğuldur. Belə ki, Dövlət Statistika Komitəsinin açıqlamalarına görə, 2016-cı ilin yanvar-avqust aylarında ümumi dövlət xidmətləri xərcləri ötən illə müqayisədə 60,1 faiz çox icra olunub. Nəticədə bu ilin ilk 8 ayında ümumi dövlət xidməti üzrə xərcləmələlər ötən ilə nisbətən 617 milyon manat çox olub. Belə ki, əgər ötən ilin 8 ayında bu məqsədlə 1 milyard 9 milyon manat vəsait xərclənmişdirsə, bu ilin yanvar-sentyabr aylarında büdcəsinin xərcləmələri 1 milyard 616 milyon manata çatıb. Beləliklə də cari ilin 8 ayında büdcə vəsaitlərinin 17,3 faizi və ya hər 5 manatdan 1 manata qədəri ümumi dövlət xidmətləri xərclərinin maliyyələşdirilməsinə yönəldilib".
Qubad İbadoğlunun sözlərinə görə, artımın struktur təhlili göstərir ki, onun 10 faizə qədəri beynəlxalq təşkilatlara üzvlük haqqı üzrə manatla ifadə olunan maliyyə öhdəliklərinin çoxalmasına görədir, eləcə də artımdan məhkəmə hakimiyyəti, hüquq - mühafizə və prokurorluq orqanlarına cüzi pay düşüb, lakin ondan ən çox bəhrələnən mərkəzi və yerli icra hakimiyyətləri və qanunvericilik hakimiyyəti olub:
"Çox təzadlıdır, elə deyilmi? Maliyyə çətinliyi ilə qarşılaşan, buna görə də inkişaf yönlü istiqamətlərə vəsait ayrılmasını kəskin ixtisar edən, əhaliyə «kəmərləinizi sıxın» mesajlari verən, bahalı Mersedesdən düşüb ucuz NAZ-Lifana minən hökumət nədən ümumi dövlət xidməti funksional xərc maddəsini keçən ilə nisbətən 60 faizdən çox vəsait ayırır? Nə baş verdi?
Axı, əksinə baş verənlər bu xərc maddəsi üzrə azalmanı şərtləndirməli idi, çünki yeni yaranan strukturlar köhnələrin ləğvinə gətirib çıxarmışdı.
Diqqət edin, yalnız Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yarannması Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Dövlət Sığorta Nəzarəti Xidmətinin və Maliyyə Monitorinqi Xidmətinin ləğvini şərtləndirib, bəs onda nədən belə struktur dəyişikliklərinin nəticəsi büdcədə görsənmir?".
İqtisadçı deyir ki, büdcənin əksər xərclərinin ixtisar olunduğu dövrdə idarəetmə aparatının saxlanması xərclərinin 60 faizdən çox artması hökümətin struktur islahatları və qənaət rejiminə keçidlə bağlı səsləndirdiyi fikirlərə kölgə salır:
"Əslində, idarəetmədə struktur islahatları və qənaət rejiminə keçidin ilkin nəticələri özünü büdcənin idarəetmə xərclərinin azalmasında təcəssüm etdirməlidir. Əksinə büdcə rəqəmləri göstərir ki, höküməti idarə edənlər iqtisadi böhran dövründə izafi xərclərini ixtisar etmək əvəzinə onu artırırlar, bir sözlə ölkənin inkişafına yönələn vəsaitdən kəsib özlərinin sosial-maddi təminatına yönəldirlər.
Deməli, ölkədə qənaət rejiminə keçidlə bağlı deyilənlər daha çox siyasi bəyanatlar üçündür, yalnız təbliğat xarakteri daşıyır. Əgər belə olmasaydı, bu ilin 8 ayında ötən ilə nisbətən ümumi dövlət xidmətinə 60,1 faiz çox, iqtisadiyyatın maliyyələşdirilməsinə 62 faiz az vəsait ayrılmazdı".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi