Maliyyə Nazirliyi üç sığorta zirkətinin fəaliyyətini dayandırdı

img

08-05-2010 [12:58]


Azərbaycanda fəaliyyət göstərən üç sığorta şirkətinin lisenziyasının qüvvəsi dayandırılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Azərbaycan Respublikasının sığorta qanunvericiliyi ilə müəyyən olunmuş sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi barədə dövlət sığorta nəzarəti orqanı tərəfindən verilən təqdimatları icra etməmələri ilə əlaqədar, ?Sığorta fəaliyyəti haqqında? Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ?Günay Sığorta? Açıq Səhmdar Cəmiyyəti, ?Azal Sığorta? Açıq Səhmdar Cəmiyyəti və ?Əmrah Sığorta? Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilən lisenziyaların qüvvəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrləri ilə 2010-cu il 07 may tarixdə dayandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA