“Bizim borclar qaytarılsa, biz də borclarımızı qaytararıq” - Etibar Pirverdiyev

img

20-10-2016 [10:56]


Manatın devalvasiyasına baxmayaraq, "Azərenerji" ASC xarici öhdəliklərinin yerinə yetirilməsində problemlə üzləşməyib.

Bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib. "Mən bu cür rəqəmlərə o qədər də toxunan deyiləm. Düzdür, "Azərenerji"nin borcları var, lakin bizə də borcu olanlar var. Bizim SOCAR-a da borcumuz var. Bizimə olan borclar qaytarılsa, biz də öz borclarımızı, o cümlədən SOCAR-a olan borcumuzu qaytararıq", - deyə dövlət şirkətinin rəhbəri bildirib.

E.Pirverdiyev əlavə edib ki, manatın devalvasiyaya uğraması "Azərenerji"nin bəzi xarici valyutalarda götürdüyü borcun artmasına səbəb olub:"Biz bununla bağlı Maliyyə Nazirliyinə müraciət etmişik. Hal-hazırda bu istiqamətdə birgə işləyirik. Buna baxmayaraq, bu günədək biz hər hansı borcun qaytarılmasında problemlə üzləşməmişik".
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA