Azərbaycanda maşın alan yoxdur - İdxal 5 dəfə azaldı

img

17-10-2016 [18:09]


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 3 906 ədəd avtomobil idxal olunub.

 Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 19 009 ədəd avtomobil və ya 5,86 dəfə azalıb.

 Ölkəyə gətirilən avtomobillərin 61 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 389 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 379 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 77 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA