Qiymətlərin bahalaşmasının yeni dalğası başlayır - Ekspert xəbərdarlıq edir

img

17-10-2016 [16:47]


"Qeyri-sabit və yağıntılı hava şəraiti kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışının həyata keçirilməsində çətinliklər yaradır. Nəticədə meyvə və tərəvəzin topdan və pərakəndə satış qiymətləri əhəmiyyətli dərəcədə bahalaşmaqdadır". 

Mia.az xəbər verir ki, bu fikirlərin iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. O bildirib ki, bahalalaşan mallar arasında yüksək qiymət artımları xüsusilə də bostan və tərəvəs məhsullarında, konkret olaraq pomidor, xiyar, badımcan, göy lobya, kartof, kök, çuğundur, sarımsaq,eləcə də göyərti, meyvələrdən isə üzüm, armud, mandarin, şaftalı da müşahidə olunur: "Beləliklə də son günlər fəallaşan mövsümi amillər istehlak qiymətləri indeksinə artırıcı təsir göstərərək, bu il üçün xarakterik olan iki rəqəmli inflyasiyasını geri dönməz edir. Məlumat üçün qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,2 faiz bahalaşıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA