Parabank sahibkarları stimullazdırmaq məqsədi ilə ikromaliyyələzməni daha da genizləndirdi

img

07-05-2010 [01:17]


?Parabank?ASC özünün sosial-yönümlü siyasətinə əsaslanaraq ölkədə kiçik sahibkarlıq sektorunun inkişafına böyük önəm verir. Digər kredit proqramları ilə yanaşı Bankın mikrokreditləşməyə diqqət ayırması Bankın fəaliyyətinin sosial-yönümlü olduğunu əks etdirir. Bazarın ən kütləvi seqmentlərindən olmaqla, mikrokreditləşmə kiçik sahibkarlığın inkişafına, məşğulluğun və əhalinin geniş təbəqəsinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Mikromaliyyə sahəsində Parabankın əsas məqsədi - kiçik müəssisələrin əmtəə və xidmətlərinin istehsalının stimullaşdırılması üçün effektiv və yüksək dinamik kredit sistemi təşkil etmək, eyni zamanda yeni başlayan sahibkarlara gəlir və kapital yığımında təcrübə toplamağa vasitə olmaqdır. Mikromaliyyə şöbəsi ? mikromaliyyə məhsullarının satışını stimullaşdırmaq məqsədi ilə pilot layihəsinin inkişafı zamanı yaranıb. Parabankın mikromaliyyə şöbəsinin təqdim etdiyi şərtlərə görə mikrokreditlər 2 hissəyə ayrılır ? təminatlı kredit və qrup şəklində rəsmiləşən. Layihənin genişlənməsi sahəsində daha çox inkişaf olunan kredit növləri - Təhsil, Səhiyyə və bütün dövlət və özəl müəssisələrin işçilərinə istehlak xüsusiyyətlərini daşıyan və Kənd təsərrüfatı sahiblərinə qrup şəklində rəsmiləşən kreditlərdir. Bu növ kreditlər 10 ilə yaxındır ki, Beyləqan filialında müştərilər tərəfindən istifadə olunur. Həmçinin Parabankın müxtəlif regionlarında yerləşən filiallarında lombard və aqrokreditlərlə yanaşı , təhsil, səhiyyə ,dövlət və özəl müəsissələrinin işçilərinə də qrup şəklində kreditlər təqdim olunur. Əlavə məlumat əldə etmək üçün şəhər telefonlarından 139, mobil operatorlardan isə 012 139 nömrəsinə müraciət edə bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA