Büdcədə cərimə və sanksiyaların büdcədə payı şübhə doğurur - Ekspertdən rəy

img

15-10-2016 [12:59]


İqtisadçı-ekspert Qubad İbadoğlu Maliyyə Nazirliyinin dövlət büdcəsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Mia.az iqtisadçının fikrilərini olduğu kimi təqdim edir: "Maliyyə Nazirliyi cari ilin yanar- sentyabr ayları üzrə dövlət büdcəsinin icrasına dair məlumat açıqlayıb. Bildirilir ki, 2016-cı ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 10 milyard 103,1 mln. manat, xərcləri 10 milyard 622,2 mln. manat olub, 519,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Gəlirlər hissəsində diqqət çəkən məqamlardan biri Neft Fondunun büdcəyə transfertinin proqnozlaşdırılandan 2 milyard 370,5 mln. manat və ya 42,1 faiz az olması və Gömrük Komitəsinin proqnoza 25,6 faiz çox əməl etməsidir. Gömrük Komitəsinin gözlənildiyindən 25.6 faiz çox vəsait toplaması bu sistemdəki son dəyişikliklərdən sonra uçot intizamının artırılması, ödənilərinin rəsmiləşdirilməsi və manatın devalvasiya effekti ilə izah oluna bilər. Neft Fondunun büdcəyə transfertinin proqnozlaşdırılandan 42,1 faiz az olması büdcədə neft gəlirlərinin xüsusi çəkisinin aşağı salınması ilə bağlı məqsədyönlü siyasətin nəticəsindir. Gəlirlər bölməsində sair daxilolmalar üzrə büdcəyə 70,1 mln. manat vəsait daxil olması bır sıra suallar doğurur. Büdcə gəlirlərinin təsnifatına görə, sair daxilolamalara inzibati xətalara görə daxilolmalar, o cümlədən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar, vergi qanunvericiliyinin pozulmasına, əmək qanunvericiliyin pozulmasına və məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar da aiddir. Bütün bu sadalanan mənbələrdən 9 ay ərzində cəmisi 70,1 milyon manat vəsaitin büdcəyə köçürülməsi şübhə yaradır.

Xərclərə gəlincə, cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərinin proqnozla müqayisədə 46,4 faiz və 1,6 milyard manat az icra olunması diqqəti daha çox çəkir. Bu isə ə onu deməyə əsas verir ki, ilin 9 ayında pronozla müqayisədə büdcə xərclərinin bütövlükdə 12,5 faiz az icra edilməsi daha çox inkişaf yönlü vəsaitlərin ixtisarı hesabına baş verib. Büdcənin sosial təyinatlı vəsaitlərinin icra səviyyəsi isə qənaət bəxş olub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA