Nəsimidə 2016-cı ilin üçüncü rübü ərzində görülmüş işlər - İcra başçısı hesabat verdi

img

13-10-2016 [17:41]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub.

Mia.az xəbər verir ki, iclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, Nəsimi rayonunun iqtisadi  və  sosial  həyatında  baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər, xüsusilə informasiya və rabitə, tikinti və xidmət sahələri üzrə 2016-cı  ilin 9 ayı ərzində dinamik olmuşdur. 

Sənaye. Ev təsərrüfatlarında  sənaye  məhsulu  istehsalı  ilə  məşğul  olanların,  habelə  hüquqi  şəxs  yaratmadan  fiziki  şəxs  kimi  fəaliyyət  göstərənlərin  işi  də  nəzərə  alınmaqla 372575.9 min  manatlıq  sənaye məhsulu  istehsal  edilmiş və xidmətlər  göstərilmişdir.  

Nəqliyyat.  2016-cı ilin  yanvar-sentyabr aylarında  nəqliyyat  sektorunda fəaliyyət göstərən müəssisələr  tərəfindən    ümumilikdə 253185.9 min manatlıq xidmətlər   göstərilmişdir.

 İnformasiya və rabitə. 2016-cı ilin  yanvar- sentyabr aylarında  rabitə  müəssisələri  tərəfindən müəssisə  və  təşkilatlara,  əhaliyə  faktiki  qiymətlərlə 44720.0 min  manatlıq    rabitə  xidməti  göstərilmişdir.

Tikinti. 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun tikinti  kompleksində  iqtisadi  və  sosial  sahələrin  inkişafı  üçün  bütün  maliyyə  mənbələri hesabına 909129.0 min manat məbləğində investisiya yönəldilmişdir ki,  da  keçən  ilin  müvafiq  dövrünə nisbətən 14.9 faiz çox olmuşur.  İstifadə edilmiş  vəsaitin 680379.3 min  manatı tikinti-quraşdırma işlərinin  yerinə  yetirilməsinə  xərclənmişdir ki, bu da kecən ilin müvafiq dövrünə nisbətən 55.9 faiz çox olmuşdur.

Ticarət. 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə  617662.7 min manat məbləğində  və ya əvvəlki ilin eyni dövrü ilə  müqayisədə 17.8 faiz çox  istehlak məhsulları satılmışdır. 

 Əmtəə dövriyyəsinin 99.8 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdur.

Xidmət. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 321326.3  min manatlıq, yaxud 2015-ci ilin müvafiq dövrünün səviyyəsinin 73.1 faizi həcmində pullu xidmətlər göstərilmişdir. 

Əmək haqqı. Rayonun  iqtisadi  və  sosial  sahələrində  muzdla  işləyənlərin  orta  aylıq  əmək  haqqı  2015-ci ilin  yanvar- avqust ayları ilə  müqayisədə 7.7 faiz artaraq 555.1 manata  çatmışdır.  

 2016-cı  ilin  yanvar- sentyabr aylarında  rayonun  sənayesində  372575.9 min  manatlıq  sənaye   məhsulu   istehsal  edilmiş  və  xidmətlər  göstərilmişdir. Sənaye  istehsalının 25  faizi  məhsul  istehsalının, 75 faizi  isə  sənaye  xarakterli  xidmətlərin  payına  düşmüşdür.   

Sənayenin  dövlət  sektorunda 119969.4 min  manatlıq  və  ya  ümumi  istehsalın  32.2   faizi  qədər,   qeyri-dövlət  sektorunda  isə 252606.5 min manatlıq və  ya  ümumi  istehsalın 67.8 faizi  səviyyəsində sənaye məhsulu  istehsal  edilmiş  və  xidmətlər  göstərilmişdir.  İstehlakçılara 409833.5 min  manatlıq  və  ya  bütün  sənaye  istehsalının  110.0 faizi  qədər  sənaye  məhsulu  göndərilmişdir. 

2016-ci il oktyabrın iyulun 1-i vəziyyətinə sənaye müəssisələrinin  anbarlarında hazır  məhsul qalığı 2615.0 min  manat olmuşdur.   2016-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat   sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 253185.8 min manatlıq xidmətlər  göstərilmişdir. 2016-ci ilin yanvar-avqust aylarında nəqliyyat müəssisələrində calışan işcilərin orta siyahı sayı 8834 nəfər, orta aylıq əmək haqqı 517.1 manat olmuşdur.    

2016-cı ilin  yanvar-sentyabr aylarında rayonda  bütün  maliyyə  mənbələri  hesabına 4381.7 min  manat dəyərində əsas  fondlar  istifadəyə  verilmişdir.  

2016-cı ilin  yanvar- sentyabr aylarında rayonun  iqtisadi  və  sosial  sahələrinin  inkişafı  üçün   bütün  maliyyə  mənbələrindən  əsas  kapitala 909129.0 min   manat    məbləğində  investisiya yönəldilmişdir  ki,  bu  da  əvvəlki  ilin  müvafiq  dövrünə nisbətən 14.9 faiz çoxdur.

Qeyri-dövlət mülkiyyətinə  məxsus  müəssisə  və  təşkilatlar əsas  kapitala 572751.3 min  manat (63.0 faiz), dövlət mülkiyyətinə məxsus  müəssisə və təşkilatlar  isə 336377.7  min manat (37.0 faiz) sərmayə  yönəltmişlər.2016-cı ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyadan 680379.3 min manatı tikinti-quraşdırma  işlərin  yerinə yetirilməsinə sərf olunmuşdur  ki, bu  da  əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən 1.5 faiz çox olmuşdur. 

 2016-cı ilin  yanvar- sentyabr aylarında podratcı təşkilatların  gördükləri işlərin  həcmi  569860.8 min    manat   və   ya  əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən 55.9 faiz artmışdır.

Qeyri-dövlət mülkiyyətində olan tikinti  müəssisələrinin  yerinə  yetirdikləri işlərin  həcmi 564162.2 min manat (99,1 faiz), dövlət  mülkiyyətində  olan  tikinti  müəssisələrinin  yerinə  yetirdikləri  işlərin  həcmi isə 5698.6 min   manat (0,9 faiz)   olmuşdur.

2016-cı  ilin  yanvar- sentyabr aylarında  tikintidə  işçilərin  orta  siyahı  sayı  7016 nəfər  olmuşdur  ki,  bu da  əvvəlki   ilin  müvafiq  dövrü ilə  müqayisədə 18.4 faiz çox olmuşdur. Fəhlə və   qulluqçuların  orta   aylıq  əmək  haqqı  1007.4 manat  olmuşdur ki, bu da əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən  11.9 faiz  çoxdur.

2016-cı ilin yanvar- sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 617662.7 min manatlıq və ya əvvəlki ilin eyni səviyyəsindən 17.8 faiz çox əmtəə satılmışdır. Əmtəələrin  26.1 faizi hüquqi şəxslərin, 64.7 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 9.2 faizi isə rayonun yarmarka və bazarlarında realizə olunmuşdur. Pərakəndə ticarət dövriyyəsinin 99.8 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və əmtəə bazarların fəaliyyəti nəticəsində formalaşmış, bu sektorun obyektlərində 616426.9 min manatlıq və ya 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çox istehlak məhsulları satılmışdır. 

Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 336663.9 min manat, qeyri-ərzaq məhsullarının həcmi isə 280998.8 min manat olmuş, onlarında ümumi dövriyyədə xüsusi çəkiləri müvafiq olaraq 54.5  və 45.5 faiz təşkil etmişdir. 

2016-cı ilin yanvar- sentyabr ayları ərzində əhaliyə 43108.5 min manatlıq  və  ya  əvvəlki  ilin  eyni səviyyəsindən 7.6 % çox iaşə  xidmətləri göstərilmişdir. İaşə dövriyyəsinin 8.2% hüquqi şəxs statuslu müəssisələrin, 91.8 % isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iaşə fəaliyyəti nəticəsində formalaşmışdır. 

Artımın 22.5 faizi hüquqi şəxslərin, 77.5 faizi isə fərdi sahibkarların  fəaliyyəti sayəsində yaranmışdır.

Hesabat dövründə iaşə əmtəə dövriyyəsinin 100.0 faizi özəl müəssisələrin hesabına formalaşmışdır. 

2016-cı ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 26.9 faizi azalaraq 321326.3 min manat olmuşdur. Ümumi həcmin 72.4 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 232511.3 min manatlıq pullu xidmətlər göstərilmişdir.Əhaliyə göstərilmiş pullu xidmətlərin 5.3 faizi dövlət müəssisələrinin  payına  düşmüşdür. Özəl sektorun  müəssisələri   tərəfindən  əhaliyə 304352.4 min  manatlıq  pullu  xidmətlər  göstərilmişdir.Əhaliyə  göstərilən  pullu  xidmətlərin  6.4  faizini   məişət  xidmətləri  təşkil  etmişdir. Hesabat dövründə 20621.6 min manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 4.2 faiz çox məişət xidmətləri göstərilmişdir. Məişət xidmətlərinin 98.8 faizi  hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin müəssisələrində reallaşmışdır 

2016-cı  ilin  yanvar-avqust aylarında  rayon  üzrə işçilərin  orta  sayı əvvəlki  ilin  müvafiq  dövrü  ilə  müqayisədə     1.9 faiz  artaraq 148745 nəfər, orta aylıq  nominal  əmək   haqqının  səviyyəsi isə 7.7 faiz    artaraq  555.1  manat  olmuşdur.

Cari  ilin  yanvar- avqust   ayları  üzrə  işçilərin   orta  sayı   və    orta aylıq  nominal əmək  haqqı  səviyyəsinin əvvəlki  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  dəyişməsi  rayon  üzrə  aşağıdakı  kimi  xarakterizə olunur:

  Rayon üzrə muzdla işləyənlərin sayı dövlət mülkiyyətində qeyri-dövlət mülkiyyətinə nisbətdə 2.3 dəfə,  onlara hesablanmış əmək haqqı fondu isə 1.1% çox olmuşdur. Bir nəfərə orta aylıq əmək haqqı cari ilin 8 ayında rayon üzrə 555.1  manat o cümlədən dövlət mülkiyyətində 412.9 manat, qeyri-dövlət mülkiyyətində isə  884.2 manat təşkil etmişdir. 

2016-cı ilin III rübündə 650 yeni  iş yerləri açılmışdır. Onlardan hamısı daimi yerlərdir.

2016-cı  il oktyabrın 1-i  vəziyyətinə  rayonun əhalisi  219.4 min  nəfər  olmuşdur.  Ərazisi 0,01 min  kv. km, əhalinin sıxlığı 1 kv km-ə  21940 nəfərdir.

2016-cı   ilin  yanvar- sentyabr aylarında  rayonda 1509 nəfərin doğumu  və 797 nəfərin  ölümü  qeydə  alınmışdır. Cari ildə 2015-si ilin  müvafiq  dövrü  ilə  müqayisədə əhalinin hər 1000  nəfərinə doğulanların sayı 7.1-dən 6.8-ə enmiş, ölənlərin sayı eyni səviyyədə qalmış, təbii artım 3.5-dən 3.2-yə enmişdir .

Rayonda  2016-cı  ilin yanvar-sentyabr aylarında 728 nikah   və 327 bosanma  qeydə  alınmışdır  ki, bu  da   əvvəlki  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  əhalinin  hər  1000  nəfərinə    nikahların  sayı 4.0-dan 3.3-ə enmiş, boşanmaların sayı isə eyni səviyyədə qalmışdır.  

2016-cı ilin yanvar sentyabr aylarında pasport  xidmətləri  tərəfindən  daimi  yaşamaq  üçün   rayona   gələn 255 nəfər  qeydə alınmışdır.

Cari ilin  keçən dövrü ərzində RİH başçısının Sahə inzibati ərazi dairələrində abadlıq-quruculuq işləri, vətəndaşları narahat edən məsələlər və onların müraciətləri ilə bağlı məsələlərin baxılması və həlli istiqamətində işlər davam etdirilmişdir.

Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri 2016-cı ilin 9 ayı ərzində Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci il tarixli, 648  nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini  rəhbər tutaraq fəaliyyət göstərmişdirlər.

2016-cı ilin yanvar ayından başlayaraq nümayəndəliklər tərəfindən ev təsərrüfatı kitablarında toplanmış məlumatların dəqiqləşdirilməsi prosesi aparılmış və bu işlər mütəmadi olaraq davam etdirilmişdir.

Nümayəndəliklər  hesabat dövrü ərzində əraziyə xidmət göstərən  Mənzil Kommunal İstismar Sahələri ilə sıx əlaqədə fəaliyyət göstərmiş, Rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərinin icra edilməsində onların fəaliyyətlərinin koordinasiya edilməsinə çalışmışdırlar.

Rayon İcra Hakimiyyəti Başçısının göstərişinə uyğun olaraq ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə tədbirlər görülmüş, nəticələri barədə Rayon İcra Hakimiyyətinə mütamadi olaraq məlumat verilmişdir.

Hesabat dövrü ərzində nümayəndəliklər istər rayon İcra Hakimiyyəti tərəfindən, istərsə də bilavasitə vətəndaşlar tərəfindən nümayəndəliyə göndərilmiş məktub, ərizə və müraciətlərin obyekti araşdırılmasına,qanunla müəyyən edilmiş müddətdə icrasına çalışmışdırlar.     

Bu gün ölkədə makroiqtisadi göstəricilərin dinamikasında müşahidə olunan dəyişikliklər iqtisadiyyatın sosial yönümlü inkişafının təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və məşğulluğun inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin görülməsi işləri davam etdirilir.

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətlərinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin yay tətili günlərində rayonda yaşayan aztəminatlı, şəhid və Qarabağ veteranı  ailələri, həmçinin valideyn himayəsindən  məhrum olmuş uşaqların yay tətili günlərinin səmərəli və maraqlı keçirilməsi üçün silsilə tədbirlər keçirilmişdir.

Uşaqların tətil günlərinin daha rəngarəng edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Eldar Quliyevin "Dərvişin qeydləri” adlı filminin pulsuz nümayişi təşkil olunmuşdur. Məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, şagirdlərdə hərbçi peşəsinə olan marağın daha da artırılması məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti ilə birlikdə yeni layihənin həyata keçirilməsinə başlamışdır. Belə ki, 13-20 iyul tarixlərində Nəsimi rayonundakı orta məktəblərin 9-11-ci sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin "Laza” sərhəd zastavasının bazasında "Sərhədçi” yay istirahət düşərgəsi təşkil olunmuşdur. 18-26 iyul tarixlərində isə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin yay istirahət düşərgələrində istirahətlərinin təşkilinin davamı olaraq  Quba şəhərində   "Gənc İlhamçılar” yay istirahət düşərgəsi  təşkil olunmuşdur. 

 Tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün orta məktəb şagirdlərinin bir sıra muzeylərə ekskursiyaları təşkil olunmuşdur.

İyul və avqust  aylarında  məktəblilərin yay tətilinin və  asudə vaxtın səmərəli təşkil olunması istiqamətində görülən tədbirlərin davamı olaraq  500 nəfər Nəsimi rayon məktəblilərinin Muzey Mərkəzində yerləşən Muzeylərə - C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə  və Azərbaycan İstiqlal Muzeyinə və Az?rbaycan Musiqi M?d?niyy?ti Dövl?t Muzeyinə ekskursiyası təşkil olunmuşdur. Həmçinin yay tətili günlərində məktəblilərin "Üfüq” gəmisində gəzintisi və Novxanı AQUAPARK əyləncə mərkəzində  istirahəti təşkil edilmişdir.

Kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Milli Mətbuatın 141 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası və   TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin, rayon ictimaiyyətinin iştirakı ilə tədbir-görüş keçirilmişdir.

Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılmış və Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.

Ahıllara, müharibə veteranları və əlil  vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi tədbirlər  təşkil edilib keçirilir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə alınır, daxili imkanlar hesabına yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha ahıl və əlil insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.

III rüb ərzində Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri ilə Nəsimi  Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Həmçinin bir qrup müharibə veteranları, ahıllar və əlillər üçün Bilgəh qəsəbəsindəki İstirahət Mərkəzində tədbir təşkil edilmişdir.

Beynəlxalq Ahıllar günü münasibətilə  Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu  ilə görüş keçirilmişdir.

Nəsimi rayonunda əhalinin 13189 nəfərinin yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Onlardan 5702 nəfəri kişi, 7487 nəfəri qadındır. Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 279 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Xidmətdə olan 279 ahıl vətəndaşdan  260 nəfərinin yaşı 70-yaşdan yuxarıdır, onlardan da 204 nəfəri qadın, 53  nəfəri kişidir. Ümumi qeydiyyatda olanlardan 19 nəfəri I qrup əlil, 35 nəfər isə II qrup əlildir. Nəsimi rayonunda 100 yaşdan yuxarı 6 nəfər sakin yaşayır.Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir.Tədbirdə iştirak edən ahıllar onlara göstərilən diqqət və qayğıdan danışmış  və bu işlərə görə ölkə başçısı cənab İlham Əliyevə  öz minnətdarlıqlarını çatdırmış, ona ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində gördüyü işlərdə uğurlar arzulamışlar.Görüşdə iştirak edən  və evlərdə yataq xəstəsi olan 250 nəfərdən artıq ahıla Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr   təqdim edilmişdir.

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən Ramazan və Qurban bayramları kimi  əziz bayramlar  münasibəti ilə rayonda yaşayan imkansız ailələrə  bayram sovqatlarının paylanması  təşkil olunmuşdur. 

Ümumilikdə  Nəsimi rayon İcra hakimiyyəti tərəfindən  2016-cı ilin 9 ayı ərzində 9700 nəfərə yardım göstərilmişdir.

Hesabat dövrü  ərzində Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni  təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. 2015-2016-cı tədris ilində rayonun orta məktəblərini 1669 nəfər bitirmiş,   onlardan 1500 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 1125 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 177 nəfəri 500-dən yuxarı, 77 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlarından 227 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2015-2016-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala, 3 məzun isə Prezident təqaüdünə layiq görülüb. 2015-2016-cı tədris ilində Elitar Gimnaziyadan 695 bal toplamış məzun Fatimə Abdinli, Texniki Humanitar Liseydən     695 bal toplamış  Valeh Rəcəbov və  42 saylı tam orta məktəbdən  690 bal toplamış Aidə Qəhrəmanova Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür.

Qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuş, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və  aztəminatlı ailələrdən olan 300 yaxın uşağa isə məktəbli forması hədiyyə olunmuşdur. 

Sentyabr ayının  15-də Nəsimi rayonunun orta məktəblərində 15 sentyabr  - «Bilik günü» yüksək təntənə ilə  qeyd edilmişdir. Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etmişdirlər. Tədbirlərdə  yeni dərs ilinin başlanması və "Bilik günü" münasibətilə şagirdlər və onların valideynləri təbrik edilmiş, məktəb kollektivlərinin yeni tədris ilinə tam hazır olduğu bildirilmişdi. Məktəb rəhbərlikləri 2015-2016-cı tədris ilində məktəblərin məzunlarının uğurlu nəticələrini tədbir iştirakçılarının nəzərlərinə çatdırmışdırlar. "Bilik Günü”nə həsr edilmiş bayramlarda   məktəbə yeni qədəm qoyan birincilər üçün bayram proqramları  göstərilmişdir.

 "Rayon təsərrüfatının, mənzil fondunun, sosial-mədəni obyektlərin, istilik, qaz, elektrik enerjisi, sukanal təchizatı və digər xidmət sahələrinin 2016-2017-ci illər payız-qış mövsümünə hazırlığının vəziyyəti haqqında” Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. 

  İclasda qeyd edilmişdr ki, Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır. 

 Hesabat dövrü ərzində Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun adını daşıyan küçədə yerləşən park əsaslı təmirdən sonra istifadəyə verilmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Asif  Yusif oğlu Məhərrəmovun adını daşıyan küçədə yaşayış binalarının qarşısında yerləşən 5.500 kv m ərazisi olan park  əsaslı təmir edilmişdir.

Parkın ətrafındakı yaşayış binalarının fasadları -  Moskva 96 ünvandakı 16 mərtəbəli yaşayış binasının 14.000 kv.m fasadı, Moskva prospekti 92, A.Məhərrəmov küçəsi 47, 20 Yanvar küçəsi 2/51 ünvanlardakı hər birinin fasadı  5.800 kv.m  olan 3 ədəd 5 mərtəbəli yaşayış binalarının fasadları təmir olunmuşdur.     Binaların girişlərinə yeni  qapılar qoyulmuş, pəncərələri yeniləri ilə əvəz olunmuşdur.Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün hər biri 20 kv.m olan  3 ədəd söhbətgah, skamya oturacaqları quraşdırılmışdır. Həmçinin sakinlərin idmanla məşğul olmaları üçün 10 ədəd Türkiyə istehsalı olan idman qurğuları, azyaşlı uşaqlar üçün sahəsi 350 kv.m olan Türkiyə istehsalı  xüsusi əyləncə avadanlıqlarından ibarət meydança salınmışdır. Parkda  2000 kv.m yaşıllıq, 25.000 gül kolu əkilmişdir. Parkda gözoxşayan müxtəlif dekorativ kompozisiyalar quraşdırılmışdır.Yaşıllıqların qorunub saxlanılması üçün suvarma sistemi çəkilmişdir. Parkın ərazisinə 3500 kv.m tamet daşı döşənilmiş, 500 m bardür qoyulmuşdur. Parkın ərazisi gecə işıqlandırması ilə təmin edilmiş, xarici istehsal olan yeni işıq dirəkləri quraşdırılmışdır.Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ictimai iaşə xidməti yaradılmışdır.

Yeni parkın açılış mərasimində iştirak edən sakinlər, ağsaqqallar yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. 

Sentyabr ayının  22-də  4- cü mikrorayon H.Seyidzadə 16 a ünvanında "Abad həyət” Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda 6 bloklu 5 mərtəbəli binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Girişlərin qarşısına dekorativ tamet döşənmişdir. Həyət və məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir,yolların kənarlarına bardürlər düzülmüşdür.Binanın qarşısında yaşıl qazon döşənmiş və güllər əkilmişdir. Yaşıllıqlara qulluq göstərilməsi üçün  suvarma xətti çəkilmişdir. Eyni zamanda həyətdə işıqlandırma işləri də həll olunmuş, yeni işıq dirəkləri quraşdırılmışdır.

Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır.Söhbətgahın döşəməsinə  və ətrafına  mozaika tipli tamet daşlar döşənmişdir. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi və idmanla məşğul olmaları üçün  "Abad həyət”də  mini futbol meydançası da salınmışdır.Həmçinin azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.

H. Seyidzadə 16 a ünvanının  sakinləri  öz binalarının həyətlərində  yaradılan abadlığa  görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Görüşdə qeyd olunmuşdur ki,  bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir,mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir.

2016-cı ilin 9 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində  vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.

İlin 9 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 1700 ərizə və müraciəti ( 2015-ci ilin 9 ayı ərzində 1355 ərizə)daxil olmuşdur. 

Onlardan 358-i  Prezidentin Administrasiyasından,  29-u  Milli Məclisdən,  35-i Nazirlər Kabinetindən, 282-i Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən, 996-sı vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla 463-ü təkrar, 171-i kollektiv ərizələrdir. 

Keçən ilin 9 ayı ilə müqayisədə müraciətlərin sayı 345 ədəd artmışdır. 

Artım əhalinin sosial məsələləri, mənzil məsələləri, təmir-tikinti məsələləri, xüsusilə birdəfəlik yardım məsələləri, yeniyetmələrin yay istirahətinin təşkili üzrə və uşaqlara məktəbli formasının verilməsi ilə bağlı müraciətlərin hesabına olmuşdur.

Daxil olmuş 1700 müraciətin 1638-i ərizə, 61-i şikayət xarakterli olmuşdur. Müraciətlərin  459-u müsbət həll olmuş, 786-ı barədə müvafiq izahat verilmiş, 370-i aidiyyəti üzrə göndərilmiş, yerdə qalanları baxılmaqdadır.

 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin nəzarəti altında həyata keçirilən vahid elektron informasiya sisteminin tələblərinə  uyğun olaraq 9 ay ərzində işlər davam etdirilmiş və şöbə tərəfindən verilən tapşırıq və tövsiyələrin icrası təmin edilib.

Vətəndaşların qəbulu qrafikinə uyğun olaraq RİH Başçısı,  müavinlər və şöbə müdirləri tərəfindən həyata keçirilmiş, yerlərdə 9 ay ərzində səyyar qəbullar keçirilmişdir.             

Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli  "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında”  Fərmanını rəhbər tutaraq, rayonda sahibkarlıq fəaliyyəti göstərən fiziki və höquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin höquqlarının və qanunla qorunan  maraqlarının mödafiəsi məqsədi ilə yaradılmış Apellyasiya Şurası işini davam etdirmşdir. «Mərkəzi və yerli ijra hakimiyyəti orqanlarının Apellyasiya şuralarında müraciətlərin elektron qəbulu sisteminə» qoşulması ilə bağlı Prezident Admimnstrasiyası rəhbəri  akademik Ramiz Mehdiyevin tapşırığına əsasən rayon ijra hakimiyyti tərəfindən zəruri təşkilati-texniki tədbirlər görülmüş, Rabitə və Yüsək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama mərkəzinə mürajiət edilərək elektron imza sertifikatları əldə edilmişdir.  Azərbayjan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının göstərişlərinə uyğun olaraq RİH-nin saytında Rayon Apellyasiya Şurasının ayrıja elektron ünvanı yaradılmışdır.

Hesabat dövründə Administrasiyanın Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsi tərəfindən verilmiş tapşırıq və göstərişlərin ijrası məqsədilə rayon İcra  Hakimiyyəti Başçısı Aparatı, yerli İcra  Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması,  müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.

İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur. 

Şura iclasında Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının Sədri Milix Yevdayev 70 illik yubileyi münasibəti ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar müəllim” fəxri adı və "Tərəqqi” medalı ilə təltif olunmuş Nəsimi rayon məktəblərinin müəllimləri təbrik edilmiş və onlara hədiyyələr təqdim edilmişdir. 

Həmçinin Nəsimi RİH-nin məsul əməkdaşı Nəcməddin Yunusova "Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilmişdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA