"Cinayət işi açılmalıdır" - Cavid Qurbanovun açıqlamasına ekpertdən rəy

img

13-10-2016 [16:26]


Tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli Cavid Qurbanovun açıqlamasına münasibət bildirib.

Mia.az xəbər verir ki, iqtisadçının sözlərinə görə, Cavid Qurbanovun fikirləri çox ciddi bəyanatdır:

"Hüquq-mühafizə orqanları bu sözlərdən sonra araşdırma, cinayət işi başlamalıdırlar. Əgər bu baş verməsə, deməli bu ölkədə korrupsiya və büdcə oğurluğunun adi hal olduğu bir daha təsdiqini tapacaq".

Xatırladaq ki, Cavid Qurbanov 2015-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. O, bugünkü açıqlamalarında hazırda rəhbərlik etdiyi qurumda baş verən korrupsiya halları ilə bağlı olduqca sərt və açıq faktlar açıqlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA