13-10-2016 [14:36]
Tanınmış iqtisadçı Qubad İbadoğlu Dövlət Neft Fondunun 9 aylıq fəaliyyətini dəyərləndirib.
Mia.az xəbər verir ki, iqtisadçı ekspertin sözlərinə görə, fondun aktivlərinin və valyuta idarəetməsindən gəlirlərinin əhəmiyyətli artımı, xərclərinin isə kəskin azalması təqdir olunmalıdır:
"Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumatları mətbuat vasitəsilə ictimaiyyətlə bölüşüb. Bu məlumatların təhlili göstərir ki, hesabat dövrü ərzində Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəliri 2,6 milyard manat olub. Bununla yanaşı, bu il ərzində Fondun aktivləri 2,3 milyard dollara qədər artıb.
Hazırda bu aktivlər 12 növ müxtəlif valyutalardan ibarət səbətdə saxlanılır. Belə ki, aktivlərin 47,6 faizi ABŞ dolları, 35,3 faizi Avro ilə, 5,3 faizi manatla, 4,9 faizi ingilis funtu ilə, 3,8 faizi qızılla, 1,5 faizi rus rublla, 1,4 faizi Çin yuanı ilə, 1,3 faizi Koreya vonu ilə, 1,2 faizi türk lirəsi ilə, 1,1 faizi yapon ienası ilə, 0,6 faizi Avstraliya dolları ilə və digər valyutalarda saxlanılır.
Fondun aktivlərinin 68,6 faizi inkişaf etmiş ölkələrdə, 28,8 faizi inkişaf etməkdə olan ölkələrdə, 2.6 faizi isə beynəlxal maliyyə intitutlarında yerləşdirilib.
ARDNF-nin investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatı göstərir ki, vəsaitlərin 41,6 faizi Avropada, 27,3 faizi Asiyada, 24,1 faizi ABŞ-da, 3,9 faizi Avstraliyada və yerdə qalan 0,5 faizi isə digər regionlardadır. Bu vəsaitlərin 36,1 faizi 1 ilə qədər olan müddətdə, 20,7 faizi müddətsiz olaraq səhmlərə, qızıla və əmlaka, 19,2 faizi 1 ildən 3 ilə qədər, 14,5 faizi 3 ildən 5 ilə qədər, 9,2 faizi 5 ildən çox müddətdə yerləşdirilib. Hazırda fondun vəsaitlərinin 79,3 faizi çox aşağı faizlə (1 faizə qədər) sabit gəlirli istiqrazlara və pul bazarı alətlərinə 11,6 faizi səhmlərdə, 5,3 faizi əmlakda və 3,8 faizi qısıla investisiya olunub.
Cari ilin 9 ayında Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 734,8 milyon manat təşkil edib ki, bu da manat ifadəsi ilə ötən ilin eyni dövründən 15 dəfəyədək, dollar ifadəsi ilə 10 dəfəyədək çoxdur.
ARDNF-nin cari siyasətindəki müsbət dəyişikliklər yalnız aktivlərinin və vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərinin artımı ilə xarakterizə olunmur, eyni zamanda Fondun büdcəsinin xərclər hissəsində rasionallaşma da müşahidə olunub. Belə ki, Neft Fondundan ötən ilin eyni dövründə 2015-ci il büdcəsinin icrası çərçivəsində 5,65 milyard manat vəsait dövlət büdcəsinə transfert edilmişdirsə, bu ilin eyni dövründə 2016-cı il dövlət büdcəsinə cəmisi 3,26 milyon manat vəsait köçürülüb. Bu göstərici ötən illə müqayisədə 42,3 faiz azdır və bu il üzrə proqnozun 47,2 faizini təşkil edir.
Neft Fondun büdcəsinin icrasında diqqəti çəkən müsbət məqamlardan biri də ötən ilin eyni dövrü ilə müqayisədə ARDNF-nin idarə edilməsi ilə bağlı xərclərinin 20, 2 milyon manatda 11,9 milyon manata qədər azalmasıdır.
Yekun olaraq onu qeyd etmək istərdim ki, ARDNF hazırkı çətin makro-iqtsiadi və maliyyə durumunda xeyli müsbət nəticələr əldə edib. Onun aktivlərinin və valyuta idarəetməsindən gəlirlərinin əhəmiyyətli artımı, xərclərinin, xüsusilə də idarəetmə xərclərinin kəskin azalması menecmentinin düzgün qurulması və məsrəflərinin rasionallaşdırılmasının göstəricisidir və təqdir olunaraq digər büdcə təşkilatları üçün nümunə kimi təqdim edilməlidir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi