Sabah bankomatlar işləməyəcək

img

13-10-2016 [11:04]


"AzeriСard" prosessinq mərkəzi sistemin texniki yenilənməsini həyata keçirəcək.

Bu barədə "AzeriСard"dan bildiriblər. Sistemin yenilənməsi ilə əlaqədar oktyabrın 14-də gecə saat 01:00-dan səhər saat 06:00-a qədər "AzeriСard" prosessinq mərkəzinin işi müvəqqəti dayandırılacaq.

"AzeriСard"dan onu da qeyd ediblər ki, proqram təminatının yenilənməsi planlı şəkildə aparılan tədbirdir.

Qeyd edək ki, "AzeriСard" prosessinq mərkəzinin xidmət göstərdiyi bankların sayı 31-dir. Azərbaycanda 32 bank fəaliyyət göstərir.

Trend.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA