Bağlanan bank palataya yeni müraciət edib - Kredit təşkilatı kimi işləmək istəyirlər

img

11-10-2016 [20:54]


Lisenziyası ləğv edilmiş "Parabank" bank olmayan kredit təşkilatına (BOKT) çevrilməklə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) müraciət edib.

MBNP-dən bildirilib ki, bankın BOKT-a çevrilməsi üçün bir sıra hüquqi prosedurlar həyata keçirilməlidir.

"Bunlar arasında ən əsası bank əmanətlər üzrə bütün öhdəliklərini həyata keçirməlidir. Hazırda "Parabank"da qorunan əmanətlərin ödənişi bitib və qorunmayan əmanətlərin ödənişinə başlanılıb. Düşünürük ki, bu proses 1 ay ərzində bitəcək və o zaman biz bu müraciətə müsbət baxacağıq", - deyə məlumatda vurğulanıb.

Palatadan o da bildirilib ki, lisenziyası ləğv edilmiş digər banklardan da BOKT-a çevrilməyə maraq göstərənlər olub.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA