Natiq Əliyev: "Türkiyə ilə Azərbaycan arasında qaz danızıqları baza çatıb"

img

06-05-2010 [12:30]


Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. Bu fikri Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi Avrasiya Dövlətləri XIII İqtisadi Zirvə Toplantısındakı çıxışında bildirib. Nazir deyib ki, Türkiyə ilə Azərbaycan arasında qaz danışıqları başa çatıb: "Bu yaxınlarda müvafiq saziş imzalanacaqdır. Azərbaycan şirkətləri Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşunu da artırmışdır. Bizim 500-ə yaxın şirkətimiz qardaş ölkənin iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymuşdur. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin neft-kimya nəhəngi olan Pektim şirkətinin paylarının 51 faizini aldıqdan sonra bu şirkətə sərmayələrini davam etdirir. İndi, ARDNŞ bu sahəyə 3-5 milyard dolar əlavə sərmayə qoymağı planlaşdırır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA