Bakıda işləyənlərin sayı və orta aylıq maaşı açıqlanıb - Cədvəl

img

08-10-2016 [16:20]


 2016-cı ilin yanvar-iyul aylarında Bakı şəhəri üzrə siyahı tərkibində olan işçilərin 684 min 978 nəfər olub.

 

Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, paytaxtda çalışanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 min 464 nəfər azalıb.
 

Hesabat dövründə əvvəlki ilin analoji dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 11,2% artaraq 723,3 manat olub.

 

2016-cı ilin yanvar-iyul ayları üzrə siyahı tərkibində olan işçilərin sayı və işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsinin dəyişməsi aşağıdakı kimi xarakterizə olunur:

 

 

 

 

 

2016-cı ilin

yanvar-iyul aylarında siyahı tərkibində olan işçilərin sayı (nəfərlə)

2016-cı ilin

yanvar-iyul aylarında orta aylıq nominal əmək haqqı (manat)

Bakı şəhəri

üzrə cəmi *)

684 978

723,3

o cümlədən rayonlar:

Binəqədi

42 976

407,0

Xətai

56 679

765,5

Xəzər

27 622

583,1

Qaradağ

25 573

977,2

Nərimanov

64 657

498,4

Nəsimi

150 620

557,0

Nizami

46 568

589,9

Pirallahı

7 597

1 341,9

Sabunçu

27 212

446,5

Səbail

113 845

1 333,3

Suraxanı

18 707

555,2

Yasamal

102 922

619,0

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA