06-10-2016 [10:58]
2017-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 10,6 faiz təşkil edəcəkdir ki, bu da əvvəlki illə müqayisədə 743,5 mln. manat və ya 42,7 faiz azdır.
Belə ki, növbəti ildən yerli gəlirləri öz hesabına təmin edən rayon və şəhərlərin sayı 33-ə çatdırılıb. Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları 2017-ci ildən xərclərini öz gəlirləri hesabına təmi edəcək. Beləliklə bu rayonlara dotasiya ayrılmayacaq.
Hazırda Azərbaycan əksər rayonlar dotasiya hesabına maliyyələşir. 2012-ci ilə kimi yalnız Bakı şəhəri öz xərclərini daxili gəlirlər hesabına təmin edə bilib. Bu siyahıya daha sonra Sumqayıt şəhəri və Abşeron rayonu daxil olub. 2015-ci ildə dövlətin dotasiyasından xilas olan və xərclərini öz gəlirləri hesabına təmin edə bilən şəhər və rayonlar arasına Şirvan, Mingəçevir şəhərləri və İmişli rayonu qoşulub. Hazırki iqtisadi durumda dotasiyaların ləğv edilməsi təklif edilir.
Bu ilin fevral ayında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdə bu məsələyə aydınlıq gətirib. PA rəsmisi çıxışı zamanı qeyd edib ki, rayonlar dövlətin dotasiyasından çıxmalıdır.
"Quba böyük, işlək əhalisi, münbit torpağı, dənizə çıxışı olan rayondur. Bu rayon niyə dövlətin dotasiyasında olmalıdır? Azərbaycan rayonlarının 90 faizi dövlətin dotasiyasında oturub mərkəzdən maliyyələşdirilir. Axı bu sonsuza kimi davam edə bilməz. Dövlət ancaq zəruri məsələlərin maliyyə təminatını öz üzərində saxlamalıdır. Rayonlar isə öz potensiallarından tam istifadə edərək, yavaş-yavaş dotasiyadan çıxmalıdır”.
Bu günə qədər 6 şəhər və rayon dotasiyadan azad olumuşdu. 2017-ci ildən isə bu şəhər və rayonların sayı 33-ə çatdırılacaq. Növbəti illərdə yerdə qalan şəhər və rayonlara ayrılan dotasiyaların ləğv olunacağı gözlənilir.
Millət vəkili Vahid Əhmədov azvisiona-a bildirib ki, rayonların büdcəsi təxminən 2 dəfə azaldılıb. Deputat hesab edir ki, hazırki iqtisadi durumda rayonlara ayrılan vəsaitlərin azaldılması doğru addımdır. Onun fikrincə, rayon rəhbərləri daha çox çalışıb, rayonun büdcəsinə vəsait gətirmək haqda düşünməlidir.
"Dövlət büdcəsində azalma var. Bununla əlaqədar müəyyən tədbirlər həyata keçirilir. Dövlət başçısı iclaslarda bir neçə dəfə xəbərdarlıq edib. Rayonlar özlərini dolandırmalıdır. İndiyə kimi rayonlarda külli miqdarda vəsaiti əhatə edən infrastruktur layihələr həyata keçirilib. Buna görə də rayon rəhbərləri rayonu necə dolandırmaq barədə düşünməlidir. Bütün rayonlar dotasiyadan azad olunmalıdır. Ola bilər ki, vergi sistemində müəyyən dəyişiklik edilsin. Belə ki, yerli vergilərin əksər hissəsi rayonlarda saxlanılsın. Büdcə müzakirəsi zamanı bu məsələyə aydınlıq gətiriləcək”.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayevbildirib ki, dövlət uzun müddət rayonları saxlaya bilməz. Millət vəkili regionların inkişafı üçün külli miqdarda xərc çəkildiyini diqqətə çatdırıb. Bildirib ki, bundan sonra tədricən rayonlar özlərini saxlamalıdır. Çünki rayonlarda yerli sənayenin, emal sənayesinin və kənd təsərrüfatının inkişafı üçün hər cür şərait yaradılıb.
"Bu gün rayonlarda, işıq, su və qaz problemi aradan qaldırılıbsa, istehsal da artırılmalıdır. Çünki bütün regionların inkişaf potensialı var. Sözsüz ki, bunların hamısı hesablanıb. Belə ki, rayonların potensialı, onların gəlirləri və s. nəzərə alınıb ki, belə bir qənaətə gəlinib. Həmçinin digər infrastruktur layihələri həyata keçirilir. Bu baxımdan rayonlar özlərini saxlamlıdır. Rayonlar özləri daha iri struktur layihələri həyata keçirməlidir. Bu təbii prosesdir ki, ailə özünü saxlamalıdır. Rəhbərlər bunun üçün öz ərazilərində istehsal sahələri yaratmalıdır, sahibkarları bu işə cəlb etməlidir”.
Milli Məclisin üzvü qeyd edib ki, bu istiqamətdə müəyyən çətinliklər ola bilər. Bunun üçün vaxt lazımdır: "Düşünürəm ki, bu çətinliklər ciddi olmayacaq. Çünki rayonlarda bunun üçün imkan var. Sözsüz ki, belə bir istiqamət götürülbsə, növbəti illərdə bütün rayon və şəhərlər dotasiyadan azad olunacaq. Ola bilər ki, bəzi dağ rayonları bir müddət saxlanıldı. Çünki o rayonların gəlirləri azdır. Hesablamalar aparılıb ki, müəyyən rayonlar özlərini saxlaya bilər. Dotasiya verildikcə müəyyən qədər arxayınçılıq yaranır. Ona görə maliyyə vasitələrini axtarmır, iş adamları ilə əlaqəyə girmirlər. Artıq həmin rayonlar ələbaxımlıqdan azad olunmalıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi