Tikinti ilə bağlı dəyişiklik - Bu qaydanı pozan vəzifəli cərimələnəcək

img

06-10-2016 [10:28]


Azərbaycanda Tikintilərin Dövlət Reyestrinin aparılması qaydalarını pozan vəzifəli şəxslər cərimələnəcək.

Mia.az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni əlavələrdə öz əksini tapıb.

Yeni layihədə qeyd edilib ki, tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatları Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətdə göndərməyənlər və təqdim etməyən vəzifəli şəxslər cərimələncəklər. Cərimənin məbləği 500 manatdan 1000 manatadək olacaq.

Vəzifəli şəxslər bu xətanı bir il ərzində təkrar törətdikdə onlar 2000 manat məbləğində cərimələnəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA