SOCAR rəsmi nümayəndəliyini niyə bağladı? - İslahat, yoxsa...

img

05-10-2016 [13:14]


SOCAR mərkəzi ofisi Vyanada yerləşən Avstriyadakı rəsmi nümayəndəliyini bağlayıb.

Bu barədə nümayəndəliyin rəhbəri Gülmirzə Cavadov kütləvi informasiya vasitələrinə göndərdiyi məktubda bildirib.

O, nümayəndəliyin bağlanmasının SOCAR-da islahatların aparılması ilə bağlı olduğunu qeyd edib.

"SOCAR Trading” şirkətinin, həmçinin SOCAR-ın xarici ofisləri normal iş fəaliyyətini davam etdirəcək”, – deyə məktubda bildirilir.

Qeyd edək ki, SOCAR-ın bütün xarici nümayəndəliklərinin fəaliyyətinin dayandırılması barədə qərar 2015-ci ilin dekabrında qəbul edilmişdi(azərtac).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA