Əmanətlərin Sığortalanması Fondunun qaydaları dəyizdirilməlidir

img

04-05-2010 [04:32]


Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan I rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 831 min AZN, 1 mln. 345 min ABŞ dolları, 172 min avro təşkil edib. Fondun sığorta ehtiyatları 25 mln. 697 min 900 AZN olub. Qorunan əmanətçilərin sayı 5 mln. 197 min 888 nəfər təşkil edib. İştirakçı bankların sayı isə 43-dür. Hansıki, iki ay əvvəl bu göstərici 42 idi. Bu arada bildirək ki, 01 yanvar 2009-cu il tarixdən fonda üzv banklarda illik 15 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir. İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) rəhbəri Vüqar Bayramov deyir ki, aprelin 1-i tarixinə qorunan əmanətlərin həcmi 1 milyard 678 milyon manat təşkil edib. Üzv banklarda yerləşdirilən əmanətlərin ümumi həcmi 2 milyard 385 milyon manata bərabərdir. Bu vəsaitlərin 30%-i və ya 707 milyon 690 min manatı qorunmayan əmanətlər kateqoriyasına aiddir: ?Qorunan əmanətçilərin sayı isə 5 milyon 197 min 888 nəfərdir. Hazırda öləkədə 47 bank fəaliyyət göstərir. Və onlardan cəmi 43-ü Əmanətlərin Sığortalanması Fondunun üzvüdür?. Mütəxəssis bildirir ki, 707 milyon 690 min manat əmanətin sığortalanmaması səbəbləri ilə bağlı fond tərəfindən heç bir açıqlama verilməyib: ?Güman edilir ki, 707 milyon 690 min manat əmanətin sığortalanmama səbəbi həmin əmanətlər üzrə faiz dərəcəsinin yüksək olması, eləcə də həmin əmanətlərin məbləğinin 30 min manatdan artıq olmasıdır. Bdelə ki, Əmanətlərin Sığortalanması Fondunun qaydalarına əsasən illik 15 faizlə və yerləşdirilən əmanətin maksimum məbləği 30 min manata qədər olan əmanətlər sığortalanır?. Vüqar Bayramova görə, 707 milyon 690 min manat əmanətin sığortalanmaması kifayət qədər böyük rəqəmdir: ?Bu o deməkdir ki, kommersiya banklarında olan hər 3 manatdan 1-i sığortalanmır.Əmanət şəklində qoyulan hər 3 manatdan birinin sığortalanmaması əmanətlərin qorunması yönündə ciddi risq yaradır?. Bir sıra kommersiya banklarının əmanətlər üzrə yüksək faiz dərəcəsi təklif etdiyini deyən ekspert bildirir ki, banklar vəsait cəlb etmək üçün ucuz kampaniya aparırılar: ? Bu da vəsaitlərin qorunması baxımından kifayət qədər risklidir. Əgər , 707 milyon 690 min manat əmanəti yerləşdirən kommersiya bankları müflis olarsa, o zaman həmin məbləği geri qaytarmaq mümkün olmayacaq.Çünki, onlar sığortalanmır. Eyni zamanda Əmanətlərin Sığortalanması Fondu haqqında əsasnaməyə, tətbiq etdiyi qaydalara əsasən 708 milyon manatın əmanətçilərə geri qaytarılma mexanizmi yoxdur.Nəzərə alsaq ki, göstərilən rəqəm kifayət qədər böyükdür, Əmanətlərin Sığortalanması Fondu bu vəsaitin sığortalanması istiqamətində fəaliyyətini davam etdirməlidir.Əvvəla bu gün vətəndaşların əksəriyyətinin sığortalanan əmanətlərinin faiz dərəcələri, o cümlədən sığortalanan əmanətlərin maksimum məbləği yönündə məlumatları kifayət qədər azdır. Əslində 707 milyon 690 min manat əmanətin sığortalanmaması əmanətlərin sığortalanması faizləri ilə bağlı məlumatsızlıqdan doğub?. Ekspert qeyd edir ki, bəzən vətəndaşlar daha çox gəlir götürməyə meyl edərək 15 faizdən artıq divident vəd edən banklarda vəsaitlərini yerləşdirməyə çalışırlar. Bu da risklidir: ?Bunadan başqa hər 3 manatdan 1 manatın sığortalanmaması Əmanətlərin Sığortalanması Fondunun qaydalarına yenidən baxılmasına ehtiyac olduğunu gündəmə gətirir?. Məlum olur ki, Qazaxıstan və Rusiyada sığortalanan əmanətlərin maksimum həddi Azərbaycanla müqayisədə 2 dəfə çoxdur: ?Bir sıra MDB ölkələrində əmanətlərin sığortalanması üçün maksimum məbləğ 100 avrodur. Hətta Pribaltika ölkələrində kommersiya banklarına yerləşdirilən bütün əmanətlər sığortalanır. Bunları nəzərə alsaq Mərkəzi Bankın və Əmanətlərin Sığortalanması Fondunun 30 manatın dəyişdirilməsi ilə bağlı Milli Məclis qarşısında təkliflə çıxış etməsi vacibdir. İndki halda 30 manat bütün əmanətlərin sığortalanmasına imkan vermir. Reallıq odur ki, 708 milyon manatın batma təhlükəsi var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA