04-10-2016 [15:07]
Azərbaycanda qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində böyük payı olan "Azərsun Holding”in də adı öz mallarını bahalaşdıran şirkətlərin sırasında keçir. Bununla bağlı "Azərsun Holding” məsələyə aydınlıq gətirib.
"Azersun Holding” MMC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov bildirib ki, son 10 gün ərzində qiymət siyasətində hər hansı dəyişiklik edilməyib:
"Dünən bir neçə informasiya portalında qiymət artımı, "Azərsun Holding”in qiymətləri bahalaşdırması ilə bağlı yazı dərc edib. Mən bildirirəm ki, bu, bizim şirkətə qarşı aparılan kampaniyadır, süni ajiotaj yaratmağa xidmət edir.
Məlumat üçün bildirim ki, son günlər şirkətimizin istehsal etdiyi süd , duz məhsullarında qiymətlər aşağı salınıb. Yazılarda isə əksi qeyd olunur.
Bizdə qiymətlər ”üzən məzənnə” siyasətilə ən aşağı hədlə müəyyənləşir. Şirkət olaraq başa düşürük ki, məhsulun istehlakçısı bizim insanımızdır, tarlada işləyən kəndlidir. Biz istehlakçımızı bu ajiotaj dolu xəbəri yazan jurnalistdən daha çox düşünürük. Yalançı qəhrəmanlar bizim istehsalımız olan və olmayan məhsulları siyahıya daxil edib "Azərsun qiymətləri qaldırdı” yazırlar”.
A.Səfərov deyib ki, bahalaşan malların siyahısında şirkətin istehsalı olan məhsullar yoxdur:
"İdxal rüsumunun tətbiqi kənd təsərrüfatı sektorunda çalışan insanların dəstəklənməsi baxımından əvəzolunmaz addımdır. Nəticədə yerli kənd təsərrüfatı məhsullarının, daxili xammal ehtiyatlarının artırılmasına töhfə verəcək.
Belə bir təcrübənin Azərbaycanda tətbiq olunması təqdirəlayiqdir. Doğrudur, gömrük rüsumu qaldırılan məhsulların siyahısında "Azərsun Holding”in istehsalı olan oxşar mallar yoxdur. Amma ümid edirik ki, bu, şəkər məhsuluna da şamil olunacaq. Çünki, yaxın illər ərzində dövlət başçısı və müvafiq qurumlar tərəfindən konkret hədəf qoyulub ki, şəkərin xammal ehtiyatları ölkədaxili imkanlar hesabına qarşılansın.
Biz bu istiqamətdə təxirəsalınmaz addımlar atırıq. Əvvəllər şəkər çuğunduru yalnız yay fəslində əkilirdi. Artıq qışlıq şəkər çuğundurunun əkilməsinə də başlamışıq. Beləliklə də, daha çox əkin sahələrinin yaradılması və daha çox insanın işlə təmin olunması baş verəcək”.
Şirkət rəsmisi "qərar təqdirəlayiqdir, amma "Azərsun Holding” yerli bazarı öz istehsalı ilə təmin etmək iqtidarındadırmı” sualına belə cavab verib:
"Biz ümid edirik ki, proses davam edəcək. İdxal rüsumu şəkər və konserv məhsullarını da əhatə edəcək. Belə olduğu təqdirdə xarici məhsullarla rəqabətdə yerli məhsul daha güclü olacaq. Bizim məhsulların istehsalçısı kəndlilərdir. İmişlidə, Biləsuvarda on minlərlə kəndli istehsal prosesinə cəlb olunub.
Təəssüf ki, bəzi mətbu orqanlar idxal rüsumunun tətbiq olunmasını növbəti bahalaşma dalğasının olacağı ilə anons edirlər.
Məhsul istehsal olunan zaman anbarlarımızda olan xammal ehtiyatları hansı qiymətlə alınırsa, istehsal qiymətləri bu baxımdan tənzimlənir. Məhsulların qiyməti də buna adekvat olaraq müəyyən olunur. Qiymətləri bazar tənzimlədiyi üçün də qiymətlərdə artma və azalmaların olması təbiidir.
Ölkə daxilində istehsalı genişləndirmək lazımdır. Əgər Rusiyaya şəkər ixrac etsək, baxın nə qədər vergi ödəmək məcburiyyətində qalarıq. Çünki, onlar daxili istehsalı qoruyurlar.
Məsələn, pakistanlı kartofunu Azərbaycana gətirib satır, çünki, ona sərf edir. Amma azərbaycanlı Cəlilabaddan bura kartof gətirib sata bilmir. Çünki sərf etmir. Niyə? Bax, bu sualın cavabı üçün dövlət idxal rüsumu tətbiq edir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi