Bakıda Rusiyadan idxal olunan insan sağlamlığı üçün təhlükəli ət konservləri azkar edilib

img

04-05-2010 [02:13]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhərinin ticarət şəbəkələrindən götürülmüş ərzaq məhsullarının laborator müayinəsi zamanı Rusiya Federasiyasının ?Oryol Produkt? QSC-nin Oryol vilayəti, Mtsensk şəhəri, Promışlennaya küçəsi, ev 24 ünvanında yerləşən istehsalat sahəsində istehsal olunmuş ?Tuşenaya Qovyadina? ət konservlərinin tərkibində DDT (4,4-dixlordifeniltrixloretan) və HXSH (heksaxlorsikloheksan) toksiki elementlərin miqdarının normadan artıq olduğu aşkar olunub. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentyliyinə verilən məlumata görə, insan sağlamlığı üçün təhlükəli ət konservlərinin satışdan çıxarılması ilə bağlı müvafiq tədbirlər görülməsi barədə Dövlət Xidməti tərəfindən bu malların idxalçısı olan ?Şam-Fi İnterneşnl Tredinq Kompani? MMC-yə və ?Kompas? MMC-yə icrası məcburi göstəriş verilib. Hazırda həmin malların satışdan çıxarılması ilə bağlı tədbirlər davam etdirilir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ət konservləri alarkən diqqətli olmağı və Rusiya Federasiyasının ?Oryol Produkt? QSC-nin istehsalı olan ?Tuşenaya Qovyadina? ət konservlərini almamağı tövsiyə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA