03-10-2016 [10:58]
"Növbəti ilin dövlət büdcəsinin gəlir mənbələrinin formalaşmasında gömrükdən daxilolmalarının payının kəskin artımı diqqəti cəlb edir. Çünki, növbəti ildə qeyri-neft sektoru üzrə daxilolmaların 27,2 faizini Gömrük Komitəsinin yığımlarından formalaşacaq".
Mia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Məhəmməd Talıblı deyib.
Onun sözlərinə görə, bu rəqəm 2016-cı ilin dövlət büdcəsindən müvafiq nisbətdən 21,5 faiz çoxdur:
" Deməli, bu, kəskin artımın mənbəyi olmalıdır. Burada iki haldan biri labüddür:
Birincisi, ya əvvəlki rüsum dərəcələrinin saxlanması nəticəsində proqnozlaşdırılan idxalın kəskin artımı nəticəsində yığım formalaşır.
İkincisi isə gömrük rüsumlarının yüksəkdilməsi nəticəsində daxilolmalar artır. Olkədə istehlakın kəskin azalması (37,2%) nəticəsində idxalın artımından nəinki danışmaq mümkündür, əksinə, bunun daha da zəifləməsi proqnozlaşdırıla bilər".
Ekspert deyir ki, gömrük rüsumlarının artımı ilə bağlı qərarda məntiqsizlik və tələskənlik özünü ilk andaca göstərir:
"Nazirlər Kabineti ölkəyə gətirilən ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib.
Məncə, hökumətin belə tələsik addımını bir necə aspektdən qiymətləndirmək mümkündür:
Birincisi, bu, ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artması ilə müşahidə olunacaq. Yüksək rüsum dərəcələrinin artımı təkcə idxal mallarının yox, yerli istehsal məhsullarının da qiymət artımını şərtləndirəcək.
İkincisi, istehlakın səviyyəsi xeyli aşağı düşəcək. İdxal rüsumlarından dövlət büdcəsinin qazanması hələ vətəndaşların həmin məhsulların avtomatik olaraq satın alması kimi başa düşülə bilməz. Bu, ona gətirib çıxaracaq ki, vətəndaşlar ötən ildənkindən də daha az ərzaq və qeyri-ərzaq məhsulları alacaq.
Üçüncüsü, ölkədə manatın daha da dəyərdən düşməsi prosesini bir az da sürətləndirəcək. Okədə yüksək templi inflyasiyanı daha gizlətmək də mümkün olmayacaq. Sosial müdafiənin effektiv olmadığı indiki şəraitdə vətəndaşlarımızın pul gəlirlərinin hətta artımı bazardakı qiymət sürətindən geri qalacaq. Bu isə yoxsulluq dərinliyinə yuvarlananların xüsusi çəkisinin artmasına gətirib çıxaracaq.
Dördüncüsü, gömrük rüsumlarının yüksəldilməsi ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdan daha prosedurları əsas gətirib niyyəti gizlətmək yox, strateji hədəf uyğunsuzluğunun etirafı olacaq. Daha açıq mətnlə deyiləcək ki, bizi dünyəvi ticarət ailəsi maraqlandırmır.
Beşincisi, bu, gömrükdən dövlət büdcəsi üçün əlavə yığımın əldə olunması kimi qəbul olunmamalıdır. Çünki, gömrük rüsumlarının yığımı təkcə fiskal siyasət kimi dərk oluna bilməz, bu, iqtisadiyyatın tənzimləmə alətlərdindən biridir. Rüsumlar təkcə büdcənin gəlir mənbəyi deyil, milli gəliri artıran amildir, azaldan yox. Bu da növbəti ildə iqtisadi artım templərinin azalmasına gətirib çıxaracaq.
Altıncısı, dünya təcrübəsində adətən gömrük rüsumlarının artımı milli istehsalı xarici rəqabətdən qorumaq (proteksionizm) və yerli istehsalı stimullaşdırmaq məqsədilə edilir".
İqtisadçı idxal məhsullarını daxili bazarında bahalaşdıran səbəbi də açıqlayıb:
"İnhisarçılıq və gömrükdəki "korrupsiya vergisi”! Bunları aradan qaldırmadan digər üsullar axtarmaq "Sizif” əməyidir. Bu, səhv diaqnoz və uğursuz müayinə cəhdidir. Əks nəticə verəcək!".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi