02-10-2016 [14:47]
Tanınmış iqtisadçı ekspert Məhəmməd Talıblı özünün "Feysbuk" səhifəsində həyəcan təbili çalan status paylaşıb.
Mia.az həmin statusu oxucularına təqdim edir:
Növbəti ilin dövlət büdcəsinə Neft Fondundan (NF) götürülən vəsaitin məbləği 6,1 milyard manat olacaq. Bu məbləğ cari ilin dövlət büdcəsinə ediləcək transfer 7 milyard 615 milyon manatdan təxminən 1,5 milyard manat azdır.
Deməli, NF-dan dövlət büdcəsinə ediləcək transferin nisbətində 20 faiz azalma baş verəcək. Düzdür, bunu bəzi rəsmilər büdcənin neftsiz ayaq üstə durmasına hazırlıq və aslılığın azalmasının bir məqsədyönlü siyasəti kimi xarakterizə etmək istəyir. Amma mən, bununla razı ola bilmirəm.
Səbəbi izah etməyə çalışacam:
Əvvəla, nəzərə alaq ki, təxminən 16 mlrd. (15,995 mlrd.) büdcənin 6,1 mlrd.manatının büdcənin heç bir səmərli olmayan fiskal siyasəti hesabına təmin edilməsi az deyil. Çünki bu məbləğ büdcə gəlirlərinin 38,1 faizi deməkdir.
Bu isə o deməkdir ki, NF-suz dövlət büdcəsi özünün gəlirinin ən yaxşı halda yalnız 62 faizini təmin edə bilir. Bu isə kənar dəstək olmadan büdcə dayanıqlığı modelinə uyğun gəlmir.
İkincisi, əvvəlki illər ekskursiya etməyə gərək var. 2003-cü ildə dövlət büdcəsinə NF-dan cəmi 100 milyon manat səviyyəsində, 2008-ci ildə 3,8 milyard manat və nəhayət, 2014-cü ildə 9 milyard 337 milyon manat səviyyəsində transfer edilmişdi. 2001-ci ildən başlayaraq, ötən ilə qədər NF özünün gəlirlərinin 91 faizini dövlət büdcəsinə köçürməklə, onun kəsr risklərinin aradan qaldırılmasını kompensasiya edib.
Demək, növbəti ildəki məbləğ ötən illə müqayisədə azalma kimi görünsə də, amma NF-nun yenicə yarandığı vaxtlarla müqayisədə 60 dəfə böyük həcmdə vəsaitin köçürülməsinə nail olur və NF-nun gəlirlərinin büdcə vasitəsilə xərclənməsindən yararlana bilib.
Üçüncüsü, növbəti ildə NF-nun özünün gəlirlərinin azalması fonunda dövlət büdcəsinə köçürmələrdə də qənaət etməyə məcbur olacaq. Bu məqsədli olaraq transferlərin limitləşmə siyasətinin məntiqi davamı yox, NF-nun özünün gəlir mənbələrinin azalması ilə bağlıdır. Necə deyərlər, çoxdan çox verirdi, indi də azdan az verəcək.
Başqa sözlə, NF-u əvvəlki illərdə dövlət büdcəsinin "təhlükəsizlik yastığı” idisə, indi onun özünün qəza keçirdiyindən "havası” boşalıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi