?Unibank? ASC-də fərdi əmanətlərin artimi bazarin dinamikasini bir neçə dəfə üstələyib

img

04-05-2010 [12:36]


Son bir il ərzində ?Unibank? ASC-nə fiziki şəxslər tərəfindən yatırılan əmanətlərin həcmi 69% artaraq ilk dəfə 117,4 mln. manata çatıb. Bankın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, ötən ilin aprel ayının sonundan etibarən əhalidən yeni cəlb edilən depozitlərin məbləği 48 mln. AZN, həmin dövrdə Bank tərəfindən bağlanan depozit sövdələrinin sayı isə demək olar ki 2 dəfə çoxalıb. Bu zaman əmanətçilərin sayı təqribən 84 min nəfərə çatıb. Təkcə bu il fiziki şəxslərin müddətli depozitlərinin artımı, cari hesablar istisna olunmaqla, 23 mln. AZN və ya 30% yaxın təşkil edib. Nəticədə, cari il ?Unibank?da özəl əmanətlərin artım dinamikası ölkənin bank sahəsində fiziki şəxslərin depozitlərinin artım sürətini bir neçə dəfə üstələyib. ?Depozit portfelinin sürətli artımı müştərilərin etimadından xəbər verir və ?Unibank?da onlara təklif olunan depozit məhsullarının rəqabət qabiliyyətli olması ilə bağlıdır?, - Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov belə hesab edir. Onun sözlərinə görə, ?Unibank?da əmanətçilərə, faizlərin kapitallaşdırılması, vəsaitin qismən çıxarılması, depozit hesabının artırılması və əmanət məbləğinin 90%-nə qədər güzəştli kredit xəttlərinin açılması kimi əlverişli şərtlər təklif olunur. ?Özəl əmanətlər hesabına depozit bazasının artırılması həm də onunla izah edilir ki, bu gün Bank pərakəndə kreditləşdirilmə sahəsində fəaldır. Biz, biznesin elə modelini tətbiq edirik ki, onun sayəsində, depozit proqramların reklamına vəsait ayirmaya da bilərik, çünki müştəriləri daha çox sabit işlə və risklərin minimuma endirilməsi ilə cəlb edirik?, - deyə F.Hüseynov qeyd etdi. Xatırladaq ki, 2007-ci ilin iyun ayının 30-dan etibarən ?Unibank? Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bankın, 26 filialı və şöbəni daxil edən xidmət şəbəkəsi bu gün Azərbaycanın 8 şəhərində fəaliyyətdədir. Bank 127 mindən artıq özəl və korporativ müştərilərə xidmət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA