Gələn il Azərbaycanda kəskin bahalaşma olacaq - Ekspertdən təhlükəli xəbərdarlıq

img

29-09-2016 [14:34]


"2017-ci ildə böyük özəlləşdirmə gözlənilmir, təhsil xərclərində 20 faizə qədər bahalaşma planlaşdırılır".

Mia.az xəbər verir ki, bunu iqtisadçı alim qubad İbadoğlu bildirib. 

Ekspert deyib ki, bu qənaətə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Qanun layihəsi Maliyyə Nazirliyinin saytında yerləşdirilən cəvdələ əsasən gəlib: "Layihəyə görə, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 15,9 milyard manat, xərcləri 16,6 mlrd. manat məbləğində təsdiq edilməsi proqnozlaşdırılır. Büdcə gəlirlərinin müqayisəli təhlili göstərir ki, növbəti il Azərbaycanda böyük özəlləşdirmə gözlənilmir. Çünki, dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar da bu illə müqayisədə gələn il yalnız 1 milyon manat artım planlaşdırılıb. Növbəti il Azərbaycan Respublikasının Dövlət Neft Fondundan büdcəyə transfert 1 milyard 515 milyon manat az, 6 milyard 100 milyon manat olacaq ki, bu da bütövlükdə büdcə gəlirlərinin 38,1 faizini təşkil edəcək. Gəlirlərin 62 faizinin və ya təxminən 10 milyard manata qədər olan hissəsinin formalaşması sahibkarlar və istehlakçıların üzərinə düşəcək. Növbəti ildə əhəmiyyətli artımlardan biri də büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə müşahidə olunacaq. Bu mənbəədn daxilolmalarfa 48 milyon manat artım proqnzlaşdıırlır. Bu isə o deməkdir ki, gələn il təhsil xərcləri 20 faizə qədər bahalaşacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA