29-09-2016 [12:25]
"Qlobal neft hasilatının təxminən 40 faizini ödəyən OPEK uzun sürən müzakirələrdən sonra hasilatın gündəlik 32.5-33.0 milyon barel intervalında dondurulması barədə anlaşa bildi. OPEK-in anlaşması elə həmin gün neft bazarına təsir göstərdi: fevral ayından bəri ilk dəfə olaraq neftin qiymətində gündəlik 6.5 faiz artım qeydə alındı. Ciddi fikir ayrılıqları olan Səduiyyə Ərəbistanı ilə İran neft qiymətinin yüksələcəyinə ümid edərək vahid mövqe nümayiş etdirə bildilər".
Mia.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Vüqar Bayramov deyib.
Bəs, son anlaşma neft bazarına necə təsir göstərəcək?
İqtisadçının sözlərinə görə, əslində, bu anlaşma qlobal neft hasilatının azaldılması deyil, istehsalın tənzimlənməsi kimi xarakterizə edilməlidir:
"Belə ki, OPEC mövcud hasilatı səviyyəsində məhdudlaşdırma tətbiq edəcək.
Təbii ki, bu, gələcəkdə hasilatın artırılmasının qarşısının alınması baxımdan OPEK üçün vacibdir. Eyni zamanda, bazar iştirakçılarına mesajdır. Bu baxımdan anlaşma artıq bazara təsir göstərib və qiymət artımları müşahidə edilir. Amma sözsüz OPEK-in bazara çıxartdığı neftin həcmində azalma yoxdur və bu da gözlənilmir. Çünki dondurulan hasilat mövcud istehsal səviyyəsinə uyğunlaşdırılb.
Aydındır ki, OPEK bu anlaşması ilə daha və ya nisbətən yüksək qiymətlərə ümid edir. Ən azı, potensial qiymət azalmalarından sığortalamağa çalışır. Amma nə OPEK-də, nə də OPEK-dən kənarda yaxın zamanlarda qiymətin kəskin yüksələcəyinə inananların sayı heç də çox deyil. Sadəcə, indiki məqamda qiymətin arzuolunan səviyyədə stabilləşdirilməsi OPEK üçün əsas hədəfdir".
Vüqar Bayramov deyir ki, indiki məqamda qeyri-OPEK ölkələrinin də mövqeyi olduqca vacibdir:
"Şimal qonuşumuz olan Rusiya sentyabrda hasilatı əvvəlki aya nisbətən gündəlik 400 min barel artıraraq 11.1 milyon barelə çatdırıb. Xəzər qonşumuz Qazaxıstanda isə 50 milyar dollarlıq sərmayə yönəldilən Kaşaqan yatağı artıq istifadəyə verilməkdədir. Neftin 1 barelinin qiyməti 55 dollara çatacağı halda isə, ABŞ və Kanadada şist neft hasilatçıları yenidən bazarda aktivləşəcəklər.
ABŞ isə hətta yataqlardakı neftini də ixrac etmək niyyətindədir. Bu isə o deməkdir ki, OPEK-in anlaşması ilə yanaşı, təşkilata üzv olmayan ölkələrin də davranışı çox önəmli olacaq. Başqa tərəfdən, bu gün qlobal neft bazarında qeyri-OPEK ölkələrinin payı təşkilat üzvlərinə nisbətən daha çoxdur. Bazara çıxarılan neftin 60 faizi OPEK-ə üzv olmayan dövlətlərin payına düşür. Bu baxımdan, hələlik heç də kəskin qiymət artımlarına deyil, qiymətin stabilləşməsinə ümid etmək lazımdır".
Sonda iqtisadçı bildirib ki, Azərbaycan üçün stabil neftin qiyməti dövlət gəlirlərinin və eləcə də ölkəyə daxil olan valyutanın həcminin stabilləşməsi baxımdan vacibdir:
"Gələcəkdə qiymət artımları baş verərsə, bu, ölkəmizə daha çox neft dollarlarının daxil olmasına imkan verəcək. Amma son 2 ilin təcrübəsi göstərir ki, stabil və ya artan qiymətlər istənilən zaman enişlə müşahidə edilə bilər. Çünki qlobal təklifə və hətta tələbə sadəcə iqtisadi deyil, eyni zamanda, siyasi faktorlar da təsir göstərir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi