"Maliyyə naziri istəsə də, istəməsə də..." - Ekspertdən maaş artımına reaksiya

img

28-09-2016 [17:46]


"Maliyyə naziri və bəzi digr nazirlər, məmurlar bəyan ediblər ki, gələn il maaş və təqaüdler artırılacaq. Bir çox saytlar ve tvlər də bunu "bəh-bəhlə" təqdim edirlər".

Mia.az xəbər verir ki, bu fikirləri tanınmış iqtisadçı Natiq Cəfərli maaş və pensiyaların artırılmasına münasibət bildirərkən səsləndirib. 

O bildirib ki, əslində, Azərbaycanda qüvvədə olan qanuna görə, ilin əvvəlində büdcə təşkilatlarında çalışanların və təqaüd alanların maaşları və təqaüdləri rəsmi inflyasiya səviyyəsi qədər indeksləşdirilir: "Yəni, bu, qanunun tələbidir. Maliyyə naziri istəsə də, istəməsə də, bu artım olmalıdır. Məhz, bu baxımdan, bu ilin sonunda hansı inflyasiya rəqəmi elan olunacaqsa (bu günə 11%'e yaxındır), 2017-ci ilin əvvəlində maaşlar və təqaüdlər həmin rəsmi inflyasiya səviyyəsində artırılacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA