28-09-2016 [14:33]
"Azərbaycan Gürcüstan iqtisadiyyatına bir milyard dollaradək investisiya yatırıb. Bu investisiyalar iki dost və qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək”.
Bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində deyib.
"Bu investisiyalar hesabına biz Kulevi terminalında yeni 5-ci və 6-cı anbarları istifadəyə verdik. Bu anbarlar terminal vasitəsilə neft və qaz məhsullarımızın satışı və tədarükü üçün geniş imkanlar yaradacaq. Artıq burada 400 min ton məhsul tədarük olunub və bu rəqəm gələcəkdə xeyli artacaq”, - deyə R.Abdullayev bildirib.
Terminalda bir neçə xırda çənlər də tikilib. Bu da iri və kiçik həcmli məhsullarını saxlanmasına və ixracına geniş imkanlar yaradacaqdır.
SOCAR prezidentinin sözlərinə görə, Kulevi terminalından artıq 25 milyon ton yük yola salınıb: "Düşünürük ki, bu azdır və biz terminalın imkanlarını daha da genişləndirəcəyik. Bunun üçün də potensial var”.
R.Abdullayev deyib ki, SOCAR Gürcüstanda qazlaşdırma işlərini də genişləndirib: "Biz Gürcüstan hökuməti qarşısında 250 min abonentin təbii qazla təminatı barədə öhdəçilik götürmüşdük. Artıq deyə bilərik ki, bu ilin sonunadək biz bu öhdəliyi tam yerinə yetirəcəyik”.
SOCAR, bundan sonra Gürcüstanın qazlaşdırma layihələrində iştirak etmək niyyətindədir. Bununla bağlı hökumətlə danışıqlar aparılır.
"SOCAR təkcə Tbilisidə deyil, Gürcüstanın digər bölgələrində də qazlaşmaya nəzarət edəcək”, – deyə R.Abdullayev vurğulayıb.
Azərtac
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi