Azərbaycan banklarına yatırılan 707 milyon manat həcmində əmanətləri qorunmur

img

03-05-2010 [03:32]


Fiziki şəxslərin üzv banklarda olan əmanətlərinin yalnız 70%-i sığortalanıb. "İqtisadi forum" jurnalının Əmanətlərin Sığortalanması Fonduna istinadən verdiyi məlumata görə, aprelin 1-i tarixinə qorunan əmanətlərin həcmi 1 milyard 678 milyon manat təşkil edib. Fondun məlumatına görə, üzv banklarda yerləşdirilən əmanətlərin ümumi həcmi 2 milyard 385 milyon manata bərabərdir. Bu vəsaitlərin 30%-i və ya 707 milyon 690 min manatı qorunmayan əmanətlər kateqoriyasına aiddir Qorunan əmanətçilərin sayı 5 milyon 197 min 888 nəfərdir. Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan ötən ilin 2010-cu ilin I rübündə 831 min manat, 1 milyon 345 min ABŞ dolları, 172 min Avro məbləğində təqvim haqları toplayıb. Hazırda Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 25 mln. 697 min 900 AZN təşkil edir. Xatırladaq ki, 01 yanvar 2009-cu il tarixdən üzv banklarda illik 15 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir. Məlumat üçün bildirək ki, iştirakçı bankların sayı artaraq 43-ə çatıb. Ölkədə hazırda 46 bank fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA