“Əgər 1 dollar 2 manata qalxsa,..." – Bankirdən xəbərdarlıq

img

27-09-2016 [13:29]


"1 dollar 2 manata qalxsa, bunun bank sektoru üçün pis nəticələri olacaq”.

Bunu "Marja”ya adının açıqlanmasını istəməyən, banklardan birinin İdarə Heyətinin sədri bildirib.

"Hamı üçün pis olacaq. Bu arzuolunmaz haldır. Biz bir neçə xarici məsləhətçilər ilə görüşmüşük. Onlar bizim keçdiyimiz belə iqtisadi vəziyyətləri görüblər və bildirirlər ki, məzənnə 2 manata qalxsa, Azərbaycan iqtisadiyyatı üçün yaxşı olmayacaq. Bazara mütləq şəkildə məzənnənin sabitləşməsi lazımdır. Mən iş adamları ilə görüşürəm. Onlar bildirirlər ki, məzənnənin nə qədər qalxacağını bilmədikləri üçün iş görə bilmirlər”, – deyə, bankir bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA