26-09-2016 [14:26]
"Xərclər siyasətimiz daha sərt olacaq. Hazırda daha səmərəli xərclərə üstünlük verilir. Xərclərin optimallaşdırılması, ixtisarı istiqamətində də mühüm tədbirlər görüləcək”.
Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
2017-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, bütün dövlət vəzifələrinin yerinə yetirilməsi üçün vəsait nəzərdə tutulub: "Lakin nəzərə alsaq ki, gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb, çalışmalıyıq ki, xərclərimizi gəlirlərimizlə uzlaşdıraq. Xərclərimiz gəlirlərlə ayaqlaşmalıdır. Xərclər siyasətimiz daha sərt olacaq. Bununla əlaqədar gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondndan transfert cari illə müqayisədə əhəmiyyətli dərəcədə azalacaq. 1,5 mlrd. manat həcmində azalmadan söhbət gedir. Həm gömrük daxilolmaları, həm də bir qədər vergi daxilolmaları artacaq".
S.Şərifov bildirib ki, xarici öhdəliklər tam şəkildə həyata keçiriləcək: "Bu, həm xarici borca, həm də beynəlxalq öhdəliklərə aiddir. Xərclər tam təmin olunacaq".
O bildirib ki, gələn il sosial xərclər büdcənin böyük bir hissəsini təşkil edəcək, daha xüsusi çəkiyə malik olacaq.
Nazirin sözlərinə görə, bunun həyata keçirilməsi üçün maliyyə təminatı yaradılır. O qeyd edib ki, söhbət həm ünvanlı sosial yardım, həm məcburi köçkünlərə verilən müavinətlər və həm də digər sosial ödənişlərdən gedir: "Dünyada gedən prosesləri nəzərə almalıyıq. Dünyada isə qeyri-müəyyənlik davam edir. Qlobal iqtisadiyyatda qeyri-bərabər trendlər mövcuddur. Bunları nəzərə alaraq çalışmalıyıq ki, iqtisadiyyatımıza xaricdən təsir edən mənfi amilləri mümkün qədər neytrallaşdıraq. Bu istiqamətdə bir çox işlər görülüb. Cari il büdcə sektorunda çalışanların əmək haqqı artırılıb. Şübhəsiz ki, 2017-ci ildə də əmək haqlarının artımı ilə bağlı büdcədə maliyyə təminatını yaratmalıyıq. Bu işlər büdcədə öz əksini tapıb".
Nazir vurğulayıb ki, eyni zamanda 2016-cı ildə bütün sosial müavinətlərin, təqaüdlərin sosial ödənişlərin artımı baş verib: "Həmin artımların maliyyə təminatının yaradılması 2017-ci ildə də nəzərdə tutulub. Bu il artırılan əmək haqlarını şübhəsiz ki, gələn ildə də həmin səviyyədə saxlamaq üçün maliyyə təminatını yaratmalıyıq. Cari ildə bir sıra struktur islahatları üzrtə tədbirlər görülüb. Gələn ilin dövlət büdcəsində bunların maliyyə təminatı nəzərdə tutulub".
Qeyd edək ki, Nazirlər Kabinetinin sentyabrın 22-də keçirilən iclasında 2017-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə edilib. Büdcə sistemi haqqında qanuna uyğun olaraq Prezidentə təqdim olunub.
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi