25-09-2016 [14:02]
"Dünən bir çox bölgələrdə yüzlərlə vətəndaşın bankomatlar qarşısında növbə gözlədiyi, öz təqaüdlərini ala bilmədikləri haqqında xəbərlər yayıldı. Əslində bu ilk deyil, son da olmayacaq, həmişə maaş və təqaüdlərin hesablara yükləndiyi gündən sonra bankomatlar qarşısında izdihamlı növbələr olur. Belə mənzərə illərdir davam edir, amma problemin həlli yollarını dəfələrlə göstərsək də, hökumət heç bir addım atmır".
Mia.az-ın məlumatına görə, bu fikirləri ReAL Hərəkatının baş katibi, iqtisadçı Natiq Cəfərli irəli sürüb. Ekspert bildirib ki, ölkədə, təqribən, 1,3 mln təqaüdçü, 900 minə yaxın da büdcədən maaş alan vətəndaşımız var: "Əksəriyyətinin maaş, və ya təqaüd kartı var, alacaqları hesablarına yatırılır, və pulun hesablara yatması doğrudur, bu problem həll edilib. Bəs yaxşı bu 2,2 mln. vətəndaşımız nəğd pulu bankomatlardan çəkib sonra nə edirlər? Doğrudur, aldıqları o qədər azdır ki, ancaq ərzaq və dərmanlara çatır, deməli, 2,2 mln. vətəndaş büdcədən aldıqları vəsaitin tamamına yaxınını ticarət şəbəkəsində xərcləyirlər. Əgər belədirsə, niyə vətəndaş həmən kartdakı pulunu nəğdiləşdirmək istəyir: 1) Vətəndaşın bank sisteminə güvəni yoxdur, hesabındakı pulu həmən nəğd çəklində cibinə qoymaq istəyir, 2) Ölkədə nəğdsiz ödənişlərin səviyyəsi çox aşağıdır, çünki təşviq proqramları yoxdur, nəğdsiz alış-veriş üçün pos-terminallar azdır, olan yerlərdə də normal işləmir.
Bu iki problem həll olunsa, vətəndaş kartla alış-veriş edər, bankomatlarda növbə gözləməz, tizarət şəbəkəsi də tam leqal, "ağ hesabata” keçər, vergidən yayınma halları azalar, bu həm vətəndaşın, həm də dövlətin xeyrinə olar. İnsanları nəğdsiz alış-verişə öyrətmək, bunu təşviq etmək lazımdır, bunun çox asan yolları var: 1) TV-lərdə bəsit və bayağı şoulardansa, sosial reklam çartxları, nəğdsiz ödənişin üstünlüyünü izah edən proqramlar olmalıdır, 2) Vətəndaş kart vasitəsi ilə ticarət şəbəkələrindən, apteklərdən alış-veriş edərkən əldə etdiyi kassa çeki avtomatik olaraq lotoreya bileti olmalıdır. Hər ay, azı iki dəfə, həmin kassa çeklərinin nömrələri uduşa çıxarılmalı, çekləri toplayan vətəndaşlar bu lotoreyanın iştirakçısı olmalı, ayda 2 dəfə dahalı hədiyyələr və pul mükafatları qazanmalıdırlar ki, onlarda məhz nəğdsiz alış-verişə stimul yaransın.
Bəs belə bəsit həll yolları varkən, niyə hökumət illərdir bu yöndə addımlar atmır? Sualın cavabı idarəetmə fəlsəfəsinin və sisteminin səhv dizayn edilməsindədir. Bu sistem insanların özlərini idarə etməyə çalışır, halbuki, insanı deyil də, onun maraqlarını idarə etmək lazımdır. Sistem elə qurulub ki, vergi orqanının marağı vətəndaşın vergi gizlətməsi, gömrüyün marağı vətəndaşın kontrabanda ilə məşğul olmasıdır, müəllimin marağı şagirdi dərs zamanı yaxşı öyrətməməkdir ki, sonra əlavə pullu dərs versin, həkimin marağı odur ki, xəstə tez sağalmasın, əksinə onun yanına çox gəlib-getsin, YPX maraqlıdır ki, sürücü tez-tez qaydaları pozsun – siyahını uzada bilərəm. Yəni, sistem elə dizayn edilib ki, orqanlar vətəndaşların qaydaları POZMASINDA maraqlı olur, çünki gəlirləri məhz POZUNTU üzərində dizayn edilib. Normal sistemlərdə isə tam əks "oyun qaydaları” var, çünki, maraqların idarə edilməsi, insanların idarə edilməsindən daha effektiv və dayanıqlıdır. Düşünün xanımlar və cənablar, düşünün".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi