Fiziki şəxslər aylıq vahid məbləğdə vergi ödəyəcəklər - Nazirin müşavirindən açıqlama

img

24-09-2016 [16:20]


Prezident İlham Əliyevin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamına uyğun olaraq, fərdi xidmətlər göstərən şəxslərin vergiləri ödəmə qaydalarının sadələşdirilməsi istiqamətində layihə hazırlanır.

Mia.az xəbər verir ki, bu barədə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirliyin saytına açıqlama verib.

Onun sözlərinə görə, nəzarət-kassa aparatlarının tətbiqinin mümkün olmadığı və nağd pul hesablaşmalarının aparıldığı həmin sahələrdə çalışan şəxslər üçün onların gəlirlərinə müvafiq aylıq sabit vergi forması müəyyən ediləcək. Fiziki şəxslər əldə etdikləri gəlirlərinin həcmindən asılı olmayaraq, aylıq vahid məbləğdə müəyyən edilən vergi ödəyəcəklər.

Sabit verginin tətbiqi praktikası hazırda qüvvədə olan Vergi Məcəlləsində də öz əksini tapıb.

Ə.Məmmədov deyib ki, yeniliklərin tətbiqi fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə vergi inzibatçılığının yüngülləşdirilməsinə, vergi ödəmələrinin bəyannamə təqdim edilmədən sadələşdirilmiş qaydada yerinə yetirilməsinə imkan verəcək. Bu, həm də vergitutma bazasının genişləndirilməsində mühüm bir vasitə olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA