22-09-2016 [12:53]
"Müəyyən qərarlar qəbul olunur, hansı ki, ilk baxışdan o qərarların bizi inkişafa aparacağın gözləmək olar. Ancaq real olaraq baş verən proseslər onu göstərir ki, bu qərarlar heç də gözlənilən nəticələr verməyəcək”.
Bu sözləri iqtisadçı ekspert, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi İdarə Heyətinin sədri Azər Mehtiyev yaxın 3 il müddətində Azərbaycan iqtisadiyyatında hansı proselərin gedə biləcəyi ehtimalını pia.az-a şərh edərkən deyib.
Bildiyimiz kimi, dünya bazarında neft qiymətlərinin aşağı düşməsi iqtisadiyyatı neftdən asılı olan ölkələrin gəlirlərinin azalması ilə nəticələnib. Ölkəmiz də bu cür ölkələr sırasındadır. Çünki Azərbaycanın ixracatının 95,8 faizə qədəri qaz, neft və neft məhsullarının payına düşür. Büdcəninsə 75 faizə qədəri neftdən asılıdır. Ümum Daxili Məhsulun (ÜDM) təxminən yarısı birbaşa və ya dolayı olaraq neftdən asılıdır.
Bəs, yaxın 3 il müddətində Azərbaycan iqtisadiyyatını necə proqnazlaşdırmaq mümkündür? 2017-2018-2019-cu illərdə ÜDM-un artımı gözlənilirmi, manat nə qədər dəyər itirə bilər və inflyasiya hansı səviyyəyə yüksələ bilər?
İqtisadçı ekspertin fikirlərinə görə, indiki halda investisiyaya yönəldilən və planlaşdırılmış şəkildə həyata keçirilən sənayə müəssisələri tikilib istifadəyə verilərsə belə, bu daha çox keçmiş sovet dövründə olduğu kimi inzibati bir effektlər verə bilər.
Bu işlər görüləndən sonra müəyyən cuzi artımlar olsa da, bu davamlı iqtisadi inkişafın bazası rolun oynaya bilməyəcək: "Təəssüf ki, Azərbaycan iqtisadiyyatını proqnazlaşdırmaq mümkün deyil. Çünki ölkədə iqtisadi qanunauyğunluqlar haqqında danışmaq bir qədər çətindir. Hökumət daha çox sovetdən qalma sərt inzibatçılıq qaydasında idarə olunur. Bir çox hallarda da hökumət hansı qərarları qəbul edəcək və niyə bu qərarların qəbul edilməsin yetərincə izah etmir. Hökumətdən yetərincə izah gəlmədiyinə görə qəbul olunan qərarları da anlamaq doğrudan çətin olur. Buna görə də proseslərin bu cür gedişində təbii ki, daha çox xati gediş var. Yəni ciddi elmi əsaslanmadan sınaq səhv üsullarla gedirlər.
Müəyyən qərarlar qəbul olunur hansı ki, ilk baxışdan o qərarların bizi inkişafa aparacağın gözləmək olar. Ancaq real olaraq baş verən proseslər onu göstərir ki, bu qərarlar heç də gözlənilən nəticələr verməyəcək. Bütün bunlara görə təbii ki, biz böhranın dərinləşəcəyin gözləyirik. Yəni indi də gedən böhran prosesləri gələcəkdə də davam edəcək. Çünki iqtisadi artım ehtimalı çox aşağıdır.
Hətta indiki halda investisiyaya yönəldilən və planlaşdırılmış şəkildə həyata keçirilən sənayə müəssisələri tikilib istifadəyə verilərsə belə, bu daha çox keçmiş sovet dövründə olduğu kimi inzibati bir effektlər verə bilər. Bu işlər görüləndən sonra müəyyən cuzi artımlar olsa belə, bu davamlı iqtisadi inkişafın bazası rolun oynaya bilməyəcək. Yəni bu baxımdan biz böhrandan çıxış üçün hökumətin uğursuz cəhdlərinin şahidi olacağıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi