"FED-in uçot dərəcəsini qaldırması çalxalanmalara rəvac verə bilər" - İqtisadçı

img

21-09-2016 [13:12]


"Proseslər göstərir ki, FED-in uçot dərəcələrini nə bu gün, nə də noyabr iclasında qaldırması ehtimalı azdır. Açığı dekabr iclasında da artımın olacağı sual altındadır".

Mia.az xəbər verir ki, bunu istisadçı ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, FED uzun müddətdir ki, bazarı gərginlikdə saxlayır, ancaq getdikcə bazar iştirakçılarının FED-in açıqlamalarına etibarı azalır:

"Bu isə ABŞ Mərkəzi Bankının reputasiyasına zərbə vurmaqla yanaşı, təhlükəli haldır. Çünki bazarın FED qərarına gözləntisinin düzgün qurulmaması, bazarda çalxalanmalara rəvac verə bilər.

Təsəvvür edin ki, FED bu gün uçot dərəcəsini qaldırır, amma bazar buna hazır deyil. Belə vəziyyətdə dünyanın maliyyə bazarı çalxalanacaq. Bu isə ən azı FED-ə lazım deyil…"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA