Vüqar Bayramov: ?Azəriqaz?ın dövlət neft zirkətindən təhvil aldığı qazın 65 faizi itir

img

30-04-2010 [03:46]


Dövlət Neft Şirkəti ölkənin qaz təchizatı sisteminin müasir səviyyədə yenidən qurulması istiqamətində zəngin təcrübəyə malik xarici şirkətlərlə danışıqlar aparır. Rəsmi məlumatlara görə, hazırlanmış konsepsiyada mövcud qaz təchizatı təsərrüfatının Avropa standartlarına uyğunlaşdırılması əsas götürülüb. Yenidənqurma işlərinin istehlakçıların sayı baxımından daha böyük olan Bakı və Abşeron regionundan başlanılması nəzərdə tutulur. Yeri gəlmişkən artıq Almaniyanın E.ON Ruhrgas şirkəti Bakının, ətraf qəsəbələrin və Abşeron rayonunun qaz təchizatı sisteminin müasir tələblər səviyyəsində yenidən qurulması üçün təkliflərini hazırlayaraq ARDNŞ-ə təqdim edib. E.ON Ruhrgas şirkətinin ilkin hesablamalarına görə, dairəvi qaz təchizatı sisteminin tətbiq olunması, qazpaylayıcı şəbəkənin genişləndirilməsi və müasirləşdirilməsi, yeni kəmərlərin çəkilməsi, yerüstü boru şəbəkələrinin yerin altı ilə aparılması, mərkəzləşdirilmiş çevik nəzarət və ölçü-qeydiyyat sisteminin yaradılması, informasiya texnologiyalarından istifadə edilməsi, qəza dispetçir sisteminin təkmilləşdirilməsi, kompressorların, digər avadanlıqların, habelə ?Smart-kart? tipli qaz sayğaclarının quraşdırılması və başqa zəruri tədbirlərin həyata keçirilməsi üçün 1,1 milyard avro məbləğində investisiya qoyulmalıdır. Bundan başqa, Almaniyanın nüfuzlu RWE şirkəti də yaxın vaxtlarda öz təkliflərini ARDNŞ-ə təqdim edəcəyini bildirib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov bildirir ki, ?Azəriqaz?, eləcə də mavi qaz sektoru üçün ən böyük problem alınan mavi qazın böyük hissəsinin praktiki itməsidir:?Bakı şəhərində ?Azəriqaz?ın dövlət neft şirkətindən təhvil aldığı qazın 65 faizi itir. Ölkə üzrə bu rəqəm təxminən 55 faiz təşkil edir.Deməli, alınan hər 1000 kubmetr qazın 650 kubmetri Bakı şəhərində itir. Yalnız 350 kubmetr istehlakçılara çatdırılır. Ölkə üzrə bu itki hər 1000 kubmetr üçün 550 kubmetrdir. Praktiki qaz sektorunda problem itkilərlə bağlıdır?. İqtisadçının sözlərinə görə, Rusiyada mavi qaz itkisi 9 faiz, Qazaxıstanda 11 faizdir.MDB ölkələrində bu rəqəm təxminən 8 fazi ətrafındadır: ?Mavi qaz itkisi ilə bağlı MDB-də orta rəqəmi Azərbaycanla müqayisə etdikdə bizdə itki 6 dəfə çoxdur. O baxımdan islahatlar itkinin aradan qaldırılmasına yönəldilməlidir?. İSİM ekspertləri deyir ki, Dövlət Neft Şirkətinin ?Azəriqaz? İstehsalat Birliyinin indiyədək həyata keçirdiyi tədbirlər istehlakçılardan yığımın artırılmasına hesablanıb: ?Smart-kart tipli sayğacların tətbiqi bu sahədəki problemləri həll etmir.Mavi qaz itkisində əsas problem infrastrukturun köhnə olmasındadır. Belə ki, infrastruktur köhnə olduğundan mavi qazın heç də hamısını istehlakçılara çatdırmaq mümkün deyil. Digər problem mavi qaz sektorunda çoxlu sayda qeydiyyatsız xəttlərın olmasıdır. Mavi qaz qeydiyyatsız, qeyri-rəsmi bəzi istehlakçılara, şirkətlərə satılır ki, onların pulu yığılmır.Eyni zamanda qeydiyyatı getmədiyi üçün praktiki həmin qaz itki sayılır?. Bu gün vətəndaşların mavi qazdan istifadə haqqıını ödəmələri sahəsində problem olmadığını deyən mütəxəssis bildirir ki, oktyabr ayında prezidentin mavi qaza görə debütor borcların silinməsi yönündə qərarından sonra az sayda vətəndaşın mavi qazın haqqını ödəməsi yönündə problemi var. Bakı şəhərində mavi qaz istehlak edən əhalinin 80 faizindən artığı ödənişləri vaxtlı-vaxtında aparır. Qeyd olunur ki, itkilər qaz sisteminin səmərəli rentabelli işləməsinə imkan vermir:?Əslində Almaniyanın E.ON Ruhrgas şirkəti Bakının, ətraf qəsəbələrin və Abşeron rayonunun qaz təchizatı sisteminin müasir tələblər səviyyəsində yenidən qurulması yönündə layihəsi itkilərin azalmasına gətirib çıxara bilər. İtkilər azalarsa, ölkə daxilində mavi qazın satış qiymətini iki dəfə endirmək mümkün olar. Çünki, MDB ölkələri ilə müqayisədə Azərbaycanda mavi qazın qiyməti kifayət qədər yüksəkdir. Əhali istehlakçı qrupuna qazın 1000 kubmetri 100 manata yəni 124 dollara satılır.Amma Pusiyada qazın 1000 kubmetri cəmi 80 dollardır. Qazaxıstanda isə 70 dollardan da aşağıdır. Azərbaycan mavi qazın qiymətinə görə MDB-də ən yüksək qiymətə malik ölkədir.Baxmayaraq, Azərbaycanın özü qaz istehsal və ixrac edir. Eyni zamanda Azərbaycanın ixrac etdiyi mavi qazın orta qiyməti 49 dollardır?. İSİM rəhbərinin sözlərinə görə, ixracın orta qiyməti 49 dollar olsa da ?Azəriqaz?, eləcə də Dövlət Neft Şirkəti vətəndaşlara mavi qazı 2,5 dəfə baha qiymətə satırlar: ?Xarici ölkələrə satılan qazın qiyməti daxili bazarda satılan mavi qazın qiyməti ilə müqayisədə ucuzdur. Məsələn, Türkiyəyə mavi qazın hər 1000 kubmetri 120 dollara satılırsa daxili bazarda qiymət 124 dollardır. Müqayisələr əhaliyə satılan mavi qazın qiymətinin yüksək olduğunu göstərir?. V.Bayramov ?Azəriqaz?ın mavi qaz itkisini əhalinin ödənişləri hesabına kompensasiya etməyə çalışdığını vurğulayır: ?Mavi qazın qiymətinin yüksək olması onu deməyə əsas veriri ki, itkilərdə dəyən ziyan əhalinin vəsaitləri hesabına kompensasiya edilir. Dünyanın heç bir ölkəsində istehlakçılara verilməli olan mavi qazın 50 faizindən artığı itkiyə getmir. Bu sistemdə infrastruktur yenidən qurularsa, qeydiyyatsız xəttlər ləğv edilərsə, nəzarət sisiteminin gücləndirilməsi ilə əlaqədar inzibati struktur islahatları aparılarsa, o zaman mavi qazın qiymətini 2 dəəfə aşağı salmaq mümükün olacaq.Bu halda nə dövlət büdcəsinə daxilolmalar, nə ?Azəriqaz?a - Dövlət Neft Şirkətinə daxilolmalarda azalma baş verməyəcək. Əksinə itkilərin həcmi azaldığca hər iki istiqamətə daxilolmalar artacaq. Azərbaycanda orta pensiya məbləğinə toxunan İSİM rəhbəri deyir ki, kommunal xərclər ? mavi qaz və elelktrik enerjisi üzrə tətbiq edilən tariflər orta aylıq əməkhaqqına və pensiyaya uyğun deyil:?Mavi qazın qiymətində aparılan artımlardan sonra təqaüdçülərin təqaüdü yalnız mavi qazın haqqının ödənilməsinə yetir? . V.Bayramov ?Şahdəniz 2? fazasının isrtifadəyə verilməsinin Azərbaycanda qaz istehsalının artmasına səbəb olacağını da söyləyir: ? İxracın da artması bu sektorun daha rentabelli olmasına imkan verəcək. Azərbaycan 2009-cu ildə 25 milyon kubmertr qaz istehsal edibsə bunun əhəmiyyətli hissəsi ixraca gedib: ?Yalnız Türkiyəyə ötən il 8 milyon kubmetr mavi qaz ixrac edilib. Həmçinin Azərbaycan 2010-cu ildən başlayaraq Rusiya və İrana qaz ixrac etməkdədir. Ona görə də itkiləri azaltmaqla qiymətləri iki dəfə aşağı salmaq mümkündür? .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA