Daha bir bank kreditləri dayandırdı - Qərar

img

19-09-2016 [16:38]


Daha bir bir bank istehlak kreditlərini dayandırıb. Söhbət "Nikoil Bank”dan gedir. 

Mia.az xəbər verir ki, bankdan fins.az-a verilən məlumata görə, sentyabr ayından etibarən həm manat, həm də dollarla istehlak kreditlərinin verilməsi dayandırılıb.

Qeyd edək ki, buna qədər bank həm manat, həm dollarda istehlak kreditlərini illik faiz dərəcəsi 28 % olmaqla verirdi. Kamisyon haqq 1 % tutulurdu.

Bankdan verilən məlumata görə, istehlak kreditlərinin dayandırılması kredit şərtlərinin dəyişdirilməsi ilə bağlıdır. Amma bank hələlik yeni şərtlərin nədən ibarət olduğunu açıqlamayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA