19-09-2016 [11:36]
Qubad İBADOĞLU
Azərbaycan aqrar bölməsini yenidən pambıqçılıq üzərində ixtisaslaşadırmağı planlaşdırır. Bu qənaəti dövlət başçısı ilk dəfə bu ilin yanvarın 26-da keçirilmiş "Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda bölüşüb və pambıqçılığın inkişaf etdirilməsi istiqamətində tapşırıqlar verib.
Sentyabrın 17-də ölkə prezidenti Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş respublika müşavirəsində gələn il ölkədə 200 min tondan çox pambıq istehsal olunacağını bəyan edib. O, eyni zamanda qeyd edib ki, 2017-ci ildə əgər bütün tapşırıqlar yerinə yetirilərsə, biz 250 min, hətta 300 min ton pambıqistehsal edə bilərik.
Ötən il pambıq əkin sahəsi isə son 10 ildə 5 dəfə azalaraq 18 min 700 hektara enib. Bu il 52 min hektarda pambıq əkilib. Gələn il hədəf 128 min hektardır.
Dinamika üçün qeyd edim ki, 1970-ci ildə 190 min hektar sahədə pambıq əkilib.
Azərbaycanda yaxın gələcəkdə pambıq əkin sahələri kəskin artırılsa da, o,Özbəkistanla müqayisəyə belə gəlmir. Belə ki, Özbəkistan 2016-17-ci təsərrüfat ilində kənd təsərrüfatlı təyinatlı torpaqların 36-37 faizində və ya 1 milyon 255 min hektarında pambıq əkilməsini planlaşdırır. Bu isə Azərbaycanın ən çox pambıq əkdiyi 1982-ci ildəki 305 min hektar göstəricisindən 4,5 dəfə çoxdur.
Eyni zamanda məlumat üçün onu da qeyd edim ki, Özbəkistanın ərazisi 447 min 400 kvadrat kilometrdir ki, bu da Azərbaycan inzibati ərazisindən 5 dəfəyədək çoxdur. Hazırda Özbəkistan əhalisinin 60 faizindən çoxu kənddə yaşayır, iş qüvvəsinin 44 faizi kənd təsərrüfatı bölməsində məşğuldur. Özbəkistan son illər ərzində dünya bazarına 1 milyon ton pambıq çıxararaq ildə orta hesabla 1 milyard dollar qazanıb. Hazırda ixracat gəlirlərinə görə, Özbəkistan dünyada 11-ci yerdə tutur. İlk onluğa ardıcıl olaraq Çin, Hindistan, ABŞ, Pakistan, Vyetnam, Türkiyə, İtaliya, Braziliya və Almaniya daxildir.
Qiymətləndirmələr göstərir ki, Azərbaycan bu sirada yaxın illərdə ilk 25-liyə belə, düşə bilməyəcək. Belə ki, ilk 25-də ildə orta hesabla 500 min ton pambıq istehsal edən ölkələr yer alır. Azərbaycanın isə hədəfi 300 min tondur. İstehsalın 500 min tona qaldırılması ilk beş illikdə mümkün görsənmir. Çünki ölkədə əkinə yararlı torpaqların çox hissəsi pay torpaqları və bələdiyyələrin uzunmüddətli icarəyə verdiyi və satdığı torpaqlardan ibarətdir ki, onun da üzərində sərəncam vermək hüququ əsasən xüsusi mülkiyyətçilərə məxsusdur.
Şübhəsiz ki, pambıq əkin sahələrinin bərpası və genişləndirilməsi özəl sahibkarlıq və təsərrüfatçılıq hüquqlarının pozulması hallarını artıracaq.
26 sentyabrda keçiriləcək Referendum vasitəsilə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə edilən dəyişiklər bu istiqamətdə yeni hüquqi əsaslar yaratmaqla yanaşı, yeni problemlər də formalaşdırılacaq. Belə ki, həmin maddəyə edilən əlavələrə görə, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
Əgər Referendum vasitəsilə Azərbaycan Respublikasının Konstitusiyasında yuxarıdakı dəyişikliklər reallaşarsa, aqrar regionlarda yaşayan kənd əhalisi və fermerlərin əkin sahələrinin təyinatı dəyişdirilə və hətta onların malik olduqları torpaq sahələri sahiblik və sərəncam hüququ məhdudlaşdırıla bilər.
Pambıqçılıq həqiqətən də əmək tutumlu sahədir. Bu sahədə istehsal zənciri həmçinin yeni iş yerlərinin yaradılmasına gətirib çıxarır. Lakin burda çox vacib məsələrdən biri əməyin dəyərinin layiqli ödənilməsi üçün qazanılan gəlirlərin ədalətli paylanmasıdır. 2015-cı illə müqayisədə pambıq istehsalı və emalı müəssisələri satınalma qiymətini (1-ci növ pambığın bir tonunun 500 manata (2015-ci ildə 410 manat), 2-ci növün bir tonunun 470 manata (2015-ci ildə 390 manat), 3-cü növün bir tonunun 440 manata (2015-ci ildə 370 manat), 4-cü növün bir tonunun isə 400 manata (2015-ci ildə 350 manat)) artırılsa da, hazırda manatın devalvasiyası və mövcud inflyasıya şəraitində bu, yetərli deyil.
Məlumat üçün qeyd edim ki, hazırda 1 ton pambığın dünya bazaq qiyməti 1700 dollar və ya hazırkı məzənnə ilə 2800 manat təşkil edir.
Bu isə o deməkdir ki, 1-ci növ pambıq yetişdirən fermerlərə satışdan əldə edilən gəlirlərin 17 faizi çatacaq ki, onun da çox hissəsi fermerin xərclərindən ibarətdir. Bu halda fermerlər ciddi qazanc əldə edə bilməyəcəklər.
Pambıq istehsalı su təminatı sahəsində siyasətə də yenidən baxılmasını tələb edir. Odur ki, istehsalçıların xərclərini azaltmaq üçün suyun qiymətlərinə də yenidən baxılmalı və o ucuzlaşdırılmaldır.
Bu sahədə mövcud olan problemlərdən biri də ölkədə pambıqtəmizləmə zavodlarının çoxunun fəaliyyətini dayandırmasıdır.
Nəhayət, bu sahədə həlli vacib məsələlərdən biri də aqraq subsiyaların məbləğinin artırılması və onun ünvanına mənimsənilmədən çatdırılmasıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi