DSMF 1941-1945-ci illər müharibəsi iztirakçılarına birdəfəlik maddi yardım ayrılmasını baza çatdırıb

img

30-04-2010 [12:27]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 aprel 2010-cu il tarixli ?1941-1945 -ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə? sərəncamı ilə Dövlət Sosial Müdafiə Fonduna birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin etmək tapşırılıb. Artıq Fond tərəfindən birdəfəlik yardımın sərəncamın şamil olunduğu şəxslərə çatdırılması həyata keçirilib. Belə ki, sərəncama uyğun olaraq ayrılan məbləğ həmin şəxslərin hesablarına köçürülüb. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, sərəncam 33 600 nəfərə şamil olunub. Bunlardan 4250 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır və onlara 500 manat məbləğində birdəfəlik yardım göstərilib. Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına isə 200 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 29 350 nəfər təşkil edir. Qeyd edək ki, bu il həmçinin 1941-1945-ci illər müharibəsində qələbənin 65-ci ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb. Bu artım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ?1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə milli proqram?ın təsdiq edilməsi haqqında sərəncamı çərşivəsində həyata keçirilib. Həmin Proqrama uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun 1941-1945-ci illər müharibəsi iştirakçılarının pensiyalarının baza hissəsinə əlavələrin edilməsi barədə hazırladığı təkliflər ?Əmək pensiyaları haqqında? Azərbaycan Respublikasının Qanununa edilən dəyışikliklər və əlavələr sırasında yer almışdı. Prezident tərəfindən təsdiqlənən dəyışikliklər və əlavələr 01 yanvar 2010-cu il tarixdən qüvvəyə minib. Nəticədə bu ilin yanvar ayından etibarən Böyük Vətən müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA