Mərkəzi Bankdan kreditlərlə bağlı - Açıqlama

img

17-09-2016 [15:21]


2016-cı ilin avqust ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16713,3 milyon manat təşkil edib.

Mərkəzi Bankın məlumatlarına görə, onun 13156,1 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il avqust ayının 1-i ilə müqayisədə 17,2 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9 faizini təşkil edib. 

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il avqust ayının 1-nə 7843,8 milyon manat təşkil edib.

Avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,61 manata (ilin əvvəlindən 1,56 manata), 1 Avroya – 1,81 manata (1,74), 100 Rusiya rubluna – 2,48 manata (2,27) bərabər olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA