Dövlət büdcəsində kəsir bir milyard manatı ötdü - Rəsmi

img

16-09-2016 [12:45]


Cari ilin 8 ayında Azərbaycanın dövlət büdcəsinə 8 milyard 281 milyon manat vəsait daxil olub, büdcədən 9 milyard 348 milyon manat vəsait xərclənib.

Mia.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, büdcənin icrasında yaranmış 1 milyard 67 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,8%-i səviyyəsində olub.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 7 milyard 7,5 milyon manat, xərcləri 8 milyard 193,5 milyon manat təşkil edib.

Büdcənin icrasında 1 milyard 186 milyon manatlıq və ya ÜDM-in 3,7%-i qədər kəsir yaranıb. Bununla da büdcə kəsirinin həcmi aylıq müqayisədə 10%, ÜDM-ə nisbəti isə 0,9% bəndi azalıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA