16-09-2016 [12:13]
Bu gün SOCAR istiqrazlarının ictimai təqdimatı keçirilib.
Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, Azərbaycan vətəndaşları üçün alternativ investisiya imkanları və yeni maliyyə alətləri sırasında ilk layihə olaraq bu ilin sentyabrın 20-dən etibarən ABŞ dolları ilə illik 5% gəlirli, 5 il müddətli və 3 aydan bir faiz ödənişli SOCAR istiqrazları satışa çıxarılacaq.
Onun sözlərinə görə, bir istiqrazın nominal dəyəri 1000 ABŞ dollarıdır. R. Abdullayev qeyd edib ki, istiqrazların buraxılışı tək mərhələdə və 100 mln. ABŞ dolları həcmində olacaq: "İlkin yerləşdirmə zamanı SOCAR istiqrazlarını yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edə biləcək. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağda çevirə bilərlər. Bundan əlavə, xarici fiziki və hüquqi şəxslərin də bu istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcək".
R. Abdullayev bildirib ki, SOCAR istiqrazları başda Azərbaycan vətəndaşları olmaqla, bütün investorların SOCAR-ın layihələrində iştirak edib, mənfəətindən birbaşa pay əldə etməsi, həmçinin aktiv dövriyyədə olmayan, vəsaitlərin iqtisadiyyatın gəlirli sahələrinə yönləndirilməsi üçün nəzərdə tutulub. O, əlavə edib ki, istiqrazlardan əldə olunan gəlirdən vergi tutulmayacaq.
R. Abdullayev vurğulayıb ki, SOCAR-ın ölkədaxili istiqraz emissiyası şirkətin kənardan cəlb etdiyi maliyyə vəsaitlərinin həcmini artırmayacaq: "Çünki istiqraz satışından cəlb olunan vəsait maliyyələşmə portfelinin şaxələndirilməsinə yönəldiləcək. SOCAR-ın beynəlxalq maliyyə əməliyyatları əsasən xarici valyutada gerçəkləşdiyinə görə, hazırkı emissiyada istiqrazların dəyəri ABŞ dolları ilə ifadə olunur. SOCAR-ın maliyyə imkanları və əvvəlki istiqraz emissiyalarına nisbətdə bu məbləğ kiçik görünsə də, aktiv olmayan vəsaitlərin iqtisadiyyatımıza cəlb edilməsi və iqtisadi əməliyyatların canlandırılması baxımından bu olduqca mühüm olan ilk addımdır".
SOCAR istiqrazlarını elan olunmuş investisiya şirkətlərindən "AzFinance İnvest", "İnvestAZ", "PAŞA Kapital", "PSG-Kapital", 1 və 5 saylı ASAN xidmət mərkəzlərində şöbəsi yerləşən investisiya şirkətlərindən, "Kapital Bank" və digər banklardan əldə etmək mümkün olacaq.
Satış üçün son tarix 10.10.2016-cı il təyin edilib.
Azərbaycan prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovqeyd edib ki, SOCAR istiqrazlarının buraxılması ölkənin maliyyə bazarlarının inkişafına gətirib çıxaracaq: "SOCAR istiqrazlarının buraxılması gəlirlərin xalqla bölüşdürülməsi baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, bu addım şəffaflığın, ictimai nəzarətə açıq olmanın göstəricisidir".
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı SOCAR istiqrazlarının buraxılmasını xüsusi hadisə adlandırıb: "Biz bu prosesin davamını gözləyirik. İstiqrazdan sonra SOCAR-dan səhm təklifini gözləyirik".
Sonda rəmzi istiqraz kağızlarının imzalanma mərasimi keçirilib.
apa
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi