?Parabank? ASC fəaliyyətinin əsas göstəriciləri üzrə yüksək artıma nail olub

img

29-04-2010 [04:59]


Parabank, yüksək artıma, əsasən, əhalinin banka inamının artması və təqdim olunan bank xidmətlərinin yüksək səviyyəsi hesabına nail olunub. ?Parabank? ASC maliyyə fəaliyyətinin bütün əsas göstəriciləri üzrə yüksək artıma nail olub. Belə ki, bankın aktivləri 01 aprel 2010-cu il tarixə 94.993 mln. manat səviyyəsinə çatmışdır, bu da 2009-ci il ilə müqayisədə 33 % coxdur. 01 aprel 2009-cu ildə bankın məcmu kapitalının həcmi 11.41 mln. manat, nizamnamə kapitalı isə 10.07 mln. manat olmuşdur, və 01 aprel 2010-cu ildə isə məcmu kapital 13.13mln. təşkil etmişdir. Hesabat dövrü ərzində ?Parabank? ASC-nin depozit və kredit portfelləri 2 dəfəyədək artmışdır. Bankın depozit portfeli 01 aprel 2010-cu il tarixə 58.15 mln. manat səviyyəsinə çatmışdır. Fiziki şəxslərin bankda yerləşdirilmiş əmanətləri 2009-ci il ərzində 48.02 % dəfədən çox artaraq, 01 aprel 2010-cu il tarixə 53.76 mln. manat təşkil etmişdir. Fiziki şəxslərin bankda yerləşdirdikləri tələbli depozitlərin həcmi isə son bir il ərzində 52.73 % artmışdır. 2009-ci il ərzində ?Parabank? ASC-nin kredit portfeli 40.31 % artaraq, 2010-cu ilin mart ayının sonuna 64.72 mln. manat təşkil etmişdir. 2009-cu ilin sonunda ?Parabank? ASC tərəfindən fiziki şəxslərə verilmiş istehlak kreditlərinin həcmi 30.52 mln. manat təşkil edib. Kreditlərin verilməsini ötən il ərzində fasiləsiz davam etdirmiş bankın təqdim etdiyi istehlak kreditlərinin həcmi təkcə dekabr ayı ərzində 16.62 % artmışdır. 2010-ci il ərzində bankın fəaliyyətindən əldə olunmuş ümumi gəlirlər 4.3 mln. manat olmuşdur ki, bu da 2009-ci ilin yekunları ilə müqayisədə 45.84% çoxdur. Ötən il ərzində bank 2.58 mln. manat faiz gəlirləri, 0.35 mln. manat qeyri-faiz gəlirləri əldə etmişdir. Hesabat dövrünün sonuna bankın istifadəçilərə təqdim etdiyi plastik kartların sayı 3 375 ədəd, bank tərəfindən quraşdırılmış bankomatların sayı 10, POS-terminalların sayı isə 127 ədəd olmuşdur. 01 aprel 2010-cu il tarixə bankın əməkdaşlarının sayı 387 nəfər təşkil etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA