13-09-2016 [16:34]
Mərkəzi Bank 2016-cı ilin I yarımilliyi üzrə tədiyyə balansının vəziyyətinə dair məlumatları açıqlayıb.
Tədiyyə balansını analiz edən Samir Əliyev o qənaətə gəlib ki, ölkənin maliyyə vəziyyəti getdikcə mürəkkəbləşir: "Mərkəzi Bank 2016-cı ilin I yarımilliyi üzrə tədiyyə balansının vəziyyətinə dair məlumatları açıqlayıb. Tədiyyə balansının kəsiri qalmaqda davam edib. Yarım ildə tədiyyə balansının kəsiri $1,3 milyard dollar olub".
Samir Əliyevin sözlərinə görə, tədiyyə balansının 6 aylıq göstəricilərinin analizi aşağıdakı tendensiyaları ortaya çıxarır:
1. Cari hesablar balansının kəsiri getdikcə böyüyür. Tədiyyə balansında həmişə profisit yaradan yeganə mənbə – cari hesablar balansı bu dəfə də ümidləri doğrulda bilməyib. Neftin ucuzlaşması və qeyri-neft ixracının azalması səbəbində cari hesablar balansında son 2 rübdə (2015-ci ilin 4-cü rübü və 2016-cı ilin 1-ci rübü) müşahidə edilən defisit 3-cü rübdə də (2016-cı ilin 2-ci rübü) davam edib və artaraq 802 milyon dollara çatıb. Yəni ölkəyə gələn valyutadan $802 milyon artıq geri qaytarmışıq. Halbuki 2015-i ilin müvafiq dövründə cari hesablar balansında $63,3 milyon məbləğində profisit qeydə alınıb. Ancaq 2015-ci ilin sonuncu rübündə defisitin səviyyəsi $222.5 milyona, 2016-cı ilin I rübündə isə $432,2 milyona yüksəlib.
2. Qeyri-neft ixracı azalıb. Manatın devalvasiyası neftdənkənar ixracı dəstəkləyə bilməyib. 2015-ci ilin yanvar-iyun ayı ilə müqayisədə qeyri-neft ixracı 34% azalaraq $827,1 milyondan $544,9 milyona düşüb. Qeyri-neft məhsullarının azalması onun payına da təsir edib. Bu müddətdə qeyri-neft ixracının cəmi ixracda payı 9,5%-dən 8,7%-ə düşüb.
3. Xaricdə göstərdiyimiz xidmətlər nisbətən artıb. 2015-ci ilin birinci yarım ili ilə müqayisədə bu ilin müvafiq dövründə xidmətlər balansındakı kəsir $2,4 milyardan $1,8 milyarda düşüb. Kəsirin almasına səbəb xarici ölkə vətəndaşlarının Azərbaycanda göstərdikləri xidmətin 18% azalmasıdır. Vətəndaşlarımızın ölkə kənarında göstərdikləri xidmət isə 8% azalaraq $1,98 milyarda düşüb. Nəqliyyat və maliyyə xidmətlərində profisit olmasına rəğmən xidmətlərdə ixrac idxalı üstələyə bilməyib.
4. Turizm və tikinti xidmətlərində kəsir azalır. Ərəb turistlərinin son aylar ölkəmizə axını və Formula 1 yarışı turizm sferasına töhfə versə də, bu turizm xidmətlərindəki kəsiri örtməyə kifayət etməyib. Ötən ilin birinci yarısında ölkəmizə gələn turistlərin göstərdiyimiz xidmətlərə görə $1,10 milyard ödədiyi halda bu ilin müvafiq dövründə $1.19 milyard ödəyiblər. Ancaq turizm xidmətlərində kəsir $118,4 milyondan $32 milyona qədər azalıb. Tikinti xidmətlərində də kəsir azalıb. Bir il öncəki dövrdə $1,9 milyarddan $1,5 milyarda düşüb. Tikinti xidmətləri üçün xaricə göndərilən vəsaitlərin 95%-i neft-qaz layihələri, xüsusən də Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşməsi ilə bağlıdır. Yanvar-iyun aylarında neft-qaz sektorunda tikinti xidmətləri üçün xaricə $1,5 milyard ödənilib.
5. İlkin gəlirlər hesabı çərçivəsində ümumi dövriyyə $700 milyon azalaraq $1,9 milyarda (2015-ci ilin müvafiq dövründə $2,6 milyard) düşüb. Bunun 76.4%-i ($1,5 milyard) Azərbaycandan xaricə ödənilib. Bu məbləğin əsas hissəsini – $987 milyonunu beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində) təşkil edir. Bu hesab çərçivəsində Azərbaycana daxil olan vəsait isə $448 milyondan bir qədər çox olub ki, onun da $343,7 milyonu qeyri-neft fəaliyyəti ilə əlaqədar gəlirlərdir. 2015-ci ilin müvafiq dövründə qeyri-neft fəaliyyəti ilə bağlı gəlirlər $526 milyon olub.
6. Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2015-ci ilin analoji dövrü ilə müqayisədə 45% azalaraq $1,12 milyarddan $617,3 milyona düşüb. Cari ilin birinci yarısında Azərbaycana $320 milyon daxil olub, ölkədən isə $297 milyon çıxıb. Yanvar-iyun aylarında xarici ölkələrdən, o cümlədən Rusiyadan göndərilən pul baratları $289 milyon olub.
7. Maliyyə hesabında olan gərginlik nisbətən azalıb. Bu hesab çərçivəsində ölkədən çıxan valyuta vəsaitlərinin həcmi ölkəyə daxil olan valyutanın həcmini $2,2 milyard üstələyib. Ötən ilin uyğun dövründə bu fərq daha çox – $6,3 milyard olub. Buna səbəb xalis maliyyə aktivlərimizin və xaricə depozit axının azalması olub. 2016-cı ilin yanvar-iyun aylarında xalis maliyyə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə azalıb və $4,1 milyarda düşüb. 2015-ci ilin yanvar-iyun aylarında xalis maliyyə aktivləri $8,9 milyard olub. Ölkədən çıxarılan depozitlər və nağd valyutanın həcmi isə 5 dəfə azalaraq $4,6 milyarddan $909,7 milyona düşüb. Ölkəmizə birbaşa investisiyaların sabit qalması fonunda xarici ölkələrə investisiyanı azaldaraq $1,7 milyarddan $1,5 milyarda qədər endirmişik".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi