Azərbaycanda internet ucuzlaşacaq?

img

11-09-2016 [18:19]


Azərbaycanda internet xidmətlərinə görə tariflərin növbəti dəfə azalacağı gözlənilir.

Mia.az xəbər verir ki, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, bu barədə qərar artıq qəbul edilib və ilin sonuna tariflərin azalmasını gözləmək olar.

Tariflərin nə qədər azalacağına dair təfərrüatlar hələ açıqlanmır. Lakin internet xidməti tədarükçülərinin daha əvvəl tətbiq edilən təcrübədən istifadə edəcəkləri istisna olunmur.

Söhbət təklif edilən paketdə internet-trafikin həcminin artırılması fonunda tarif həddinin saxlanılmasından gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA