Dollar bahalaşmağa başladı - Səbəb

img

11-09-2016 [18:48]


Son açıqlamalar və inkişaf etməkdə olan ölkələrin pul vahidlərinin dəyər itirməsi dolların bahalaşmasına səbəb olub.

Avropa Mərkəzi Bankının (AMB) qərarları və qurumun sədri Mariyo Draginin şərhlərindən sonra dollar yüksəlməyə başlayıb.

Avropanın vahid valyutası dollar qarşısında 0,21% dəyər itirərək 1,1235 EURO/USD-yə bərabər olub.

ABŞ milli valyutası Yapon yeni qarşısında da bahalaşıb. Belə ki, dollar yenə nisbətdə 0,23% möhkəmlənərək 102,72-yə (USD/JPY) yüksəlib.

Azərbaycan milli valyutası isə son olaraq dollara nisbətdə möhkəmlənib. Hazırda 1 dollar 1,6390 AZN-ə bərabərdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA