09-09-2016 [12:48]
Bütün dünya ölkələrini əhatə edən iqtisadi və maliyyə böhranı şəraitində Azərbaycan nə etməli idi? Azərbaycan neftin qiymətlərinin kəskin aşağı düşdüyü bir dönəmdə öz iqtisadiyyatını yenidən qurmaq yolunu seçib, bu dəfə onun neftdən asılılığını əsaslı şəkildə aradan qaldırmaq və tam şaxələndirmək yolunu tutdu.
Bu yolun düzgünlüyü artıq bütün beynəlxalq maliyyə qurumları və digər müvafiq təşkilatlar tərəfindən təsdiq olunub. İqtisadiyyatın qeyri-neft sektorunun bir neçə əsas istiqaməti üzrə mövcud durumu və bu sahədə aparılan sürətli islahatları bir qədər dərindən təhlil etsək, yaxın perspektivdə Azərbaycan iqtisadiyyatının və onun maliyyə sisteminin neftdən asılılığının tam optimallaşdırılacağına əminlik yaranar. Gəlin real sektorun bir neçə istiqaməti üzrə vəziyyəti və perspektivləri bir qədər araşdıraq.
Aqrar sektor
Bu sahənin əsaslı şəkildə inkişafı istiqamətində son bir neçə il ərzində görülən işlər yaxın gələcəkdə yüksək nəticələrin əldə ediləcəyindən, sahənin həm daxili bazarın təlabatını tam ödəyə bilmək və həm də ixrac potensialını əsaslı şəkildə genişləndirə bilmək imkanları sürətlə artır. Çünkü bu sahəyə dövlət səviyyəsində diqqət kifayət qədər yüksəkdir, sahənin inkişafını sürətləndirməyə yönəli dövlət dəstəyi isə hər addımda gözə dəyir.
Təkcə bir faktı qeyd etməklə bu dəstəyin hansı səviyyədə olduğuna tam əminlik yaranar. Son iki il yarım ərzində ölkə Prezidenti tərəfindən sahənin inkişafını etiva edən 40-dan artıq fərman və sərəncam imzalanmışdı. Bu sıraya kəndli fermer təsərrüfatlarının inkişafına ayrılan güzəştli kreditlərdən tutmuş, məhsulların yetişdirilməsi məqsədilə ayrılan subsidiyaları və digər güzəştləri də əlavə etmək lazımdır.
Bu ildən etibarən strateji məhsulların – pambığın, baramanın, tütünün istehsalının ötən illərlə müqaisədə dəfələrlə artırılması və perspektivdə ölkəyə valyuta gətirə biləcək digər məhsul növlərinin istehsalının da bu qaydada inkişaf etdirilməsi, sahənin ölkənin Ümumu Daxili Məhsulundakı payını əsaslı şəkildə artırmağa və ixrac potensialının genişləndirilməsi hesabına ölkəyə kifayət qədər valyuta axınını təmin etməyə əsas verəcəkdir.
Tranzit yükdaşımalar
Artıq heç kəsdə şübhə yoxdur ki, Azərbaycan təkcə regionun deyil, dünyanın ən böyük nəqliyyat dəhlizlərindən birinə çevrilməkdədir. Bu gün Azərbaycanın belə mövqeyə sahib ola bilməsinin təməl daşı Ulu Öndər tərəfindən 1994-cü ildə Bakı-Tibilisi-Ceyhan boru kəməri nəqliyyatının yaradılmasına dair o zaman üçün reallığına çoxlarının inanmaq istəmədiyi qərarı ilə qoyuldu. Azərbaycanı nəticə etibarılə möhtəşəm tranzit ölkəyə çevirməyi hədəfləyən həmən strategiya, sonradan çox uğurla Prezident İlham Əliyev tərəfindən davam etdirildi. Ötən 12 il ərzində bu sektorun əsaslı inkişafını təmin edə biləcək böyük transmilli layihələrin icrası isə Azərbaycanın mühüm bir tranzit ölkəyə çevrilə bilməsinə səbəb oldu.
Bakı-Tibilisi-Qars dəmir yolunun bu ilin sonunda istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin yaradılması, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin istifadəyə verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istismarına başlanması, Hava Nəqliyyatı vasitəsilə yüklərin daşınmasına xidmət edə biləcək böyük infrastrukturun yaradılması kimi nəhəng işlər Azərbaycanı regionun bu sahədə əsas oyunçusuna çevirdi. Keçən ilin oktyabr ayının 21 də Prezidentin imzaladığı Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında Fərmanı isə bu sahədə vahid dövlət siyasətinin aparılmasını nəzərdə tutur. İndi hər hansı bir nəqliyyat vasitəsilə Azərbaycan üzərindən yüklərin daşınması tək nəqliyyat növünün sahə maraqlarına bağlı deyil. Burada artıq dövlətin maraqları da ortadadır.
Turizm
Bu sektorun nə qədər böyük perspektivlərinin olduğu bəllidir. Sahənin inkişafı istiqamətində son illər böyük işlər görülüb. Bu gün Azərbaycana gələn turistlərin sayı sürətlə artır. Biz bu artım templərinə görə indi nəinki regionda, hətta bütün dünyada liderlik mövqeyinə çıxa bilmişik. Bunun bir çox səbəbləri var. Öncə onu deyək ki, son illər ərzində biz ölkəmizin bu sahədəki imkanlarını Azərbaycanda keçirilən bir neçə beynəlxalq tədbirlər (Avroviziya mahnı yarışması, 2015Avropa Oyunları, Formula – 1 kimi yarışlar və başqa beynəlxalq tədbirlər) vasitəsilə bütün dünyaya göstərməklə milyonlarla insanlarda ölkəmizə gəlmək marağı oyada bildik. Digər tərəfdən Azərbaycan bu gün tək regionun deyil, dünyanın ictimai siyasi sabitlik və təhlükəsizlik baxımından ən aparıcı ölkələri sırasındadır. Dövlət başçısının cari ilin 1 sentyabr tarixində imzaladığı Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqındakı Sərəncamı isə turizmin inkişafına yeni perspektivlər vəd edir. Yaxın gələcəkdə ölkəmizə gələn turistlərin sayının bir neçə dəfə artacağı tam bir reallıqdır. . Daha bir əsas səbəb də Azərbaycanda turistlərin gəlişini asanlaşdıran və stimullaşdıran tədbirlərin miqyası genişlənməkdədir. Viza rejiminin sadələşdirilməsindən tutmuş onların burada edəcəkləri alış-verişlə sərhədlərimizi tərk edərkən Əlavə Dəyər Vergisini geri ala bilmələrinə qədər olan tədbirlər bu sıraya aid tədbirlərdir.
Digər sahələrin, xüsusilə də tikinti sektorunun inkişafı istiqamətində də çox ciddi tədbirlər görülür. Bütün bu addımlar xarici investorların Azərbaycana marağını artırır və onlar Azərbaycan reallıqlarına söykənərək öz kapitallarını məmuniyyətlə bura yatırmaq seçimi edirlər.
Beləliklə:
Azərbaycan dövlətinin yeni iqtisadi şəraitə uyğun seçdiyi yol, kifayət qədər doğru və uğurlu bir yoldur. Bu yol yaxın gələcəkdə ölkə iqtisadiyyatının tam şaxələndirilməsini hədəfləyən yoldur. Bu səbəbdən bütün dünyanı bürümüş iqtisadi böhran və neftin qiymətlərinin kəskin azalması səbəbindən yaranmış müəyyən maliyyə çətinlikləri heç kimi qorxutmasın. Ən əsas olan budur ki, bu gün biz, yaranmış çətinliklərdən çıxışın ən optimal yolları ilə hərəkət edirik. Yaxın perspektivdə aqrar sektordan ixracın, tranzityükdaşımaların həcminin kifayət qədər artırılması, ölkəyə turist və kapital axınının bir neçə dəfə yüksəlməsi hesabına neftli iqtisadiyyatın tam şaxələndirilməsi təmin ediləcəkdir…
Fikrət Yusifov,
Iqtisad elmləri doktoru, professor
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi