Azərbaycanda vergi amnistiyası elan ediləcək - Yanvar ayından...

img

08-09-2016 [15:51]


2017-ci il yanvarın 1-dən Azərbaycanda vergi amnistiyasının (gəlirlərin könüllü açıqlanması) tətbiqinə başlanılacaq.

Bunu Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin Vergi Siyasəti İdarəsinin rəisi Nicat İmanov deyib.

Onun sözlərinə görə, amnistiya gəlirlərini könüllü qaydada açıqlamaq və hesablanmış vergiləri ödəmək niyyətində olan vergiödəyicilərin məsuliyyətdən azad edilməsini nəzərdə tutur.

N.İmanov qeyd edib ki, bu gizli gəlirlərin aşkar edilməsi zamanı vergi orqanları tərəfindən 50 faiz həcmində maliyə sanksiyasının və cərimənin (hər günə görə 0,1 faiz) tətbiq edilməsi nəzərdə tutulur.

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA