Bu il pensiyalar artırıla bilər

img

28-04-2010 [01:53]


Bu il pensiyaların həcmi artırıla bilər. Aparılan araşdırmalar, ilkin proqnozlar bu artımı reallaşdırmaq üçün maliyyə imkanlarının yarandığını söyləməyə əsas verir. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bu fikirləri səsləndirib. Fond sərdi deyib ki, artıq Dövlət Sosial Müdafiə Fondu bu ilin birinci rübünün hesabatlarını yekunlaşdırıb və nəticələrə əsasən demək olar ki, artım mümkündür: ?Daxil olan vəsaitlər və işçilərin sayında müəyyən artımlar müşahidə olunur. Bütün bunlar bizə əlavə maliyyə resurslarının formalaşdırılması istiqamətində ilkin proqnozlar verməyə imkan yaradır. Yəqin ki, bunun əsasında biz pensiyaların artırılması üçün hökumətə təkliflərimizi verəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA